Başak Group
Tikinti üzrə iş icraçısı
Son tarix 31 avq 2024 - [email protected]
Namizədə tələblər:
- Ali təhsil (Sənaye və mülki tikinti)
- Tikinti təşkilatlarında mühəndis-texniki vəzifələrdə ən az +3 illik təcrübə
- Komputer bilikləri: Autocad; Microsoft Office;
- Tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini, tikinti istehsalının texnologiyası və təşkili sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni bilməlidir;
- Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını, sərəncamlarını, əmrlərini, digər rəhbəredici və normativ sənədləri bilməlidir;
- Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir;
- Regionlara ezamiyyətə getmək imkanı olmalıdır;
Vəzifə öhdəlikləri:
- Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik edir
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir.
- İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir
- Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır
- Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir
- Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir
- Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir
- Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verir
- Texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, və s. qurğular), enerji qurğularından, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin edir
- Ağırlığın qaldırılması normalarına, iş yerlərində, keçid və giriş yollarında səliqə və qaydaya, kranaltı yolların düzgün saxlanılması və istismar olunmasına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət edir
- Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkil edir
- Təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür
- İşçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin edir
İş şəraiti:
- Həftə içi 6 gün saat 09:00-18:00, şənbə yarı iş rejimi,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 1000 – 1200 AZN (namizədin bilik-bacarığıbndan asılı olaraq dəyişir).
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə
“Tikinti üzrə iş icraçısı” yazaraq göndərə bilərlər.