"Express Bank" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"AFB Bank" işçilər axtarır - VAKANSİYALAR
"Rabitabank OJSC" işçi axtarır - VAKANSİYA
"Bank Respublika" işçilər axtarır - VAKANSİYALAR
"Bank Avrasiya" işçilər axtarır - VAKANSİYALAR
"Azersun Holding" işçi axtarır - VAKANSİYA
"Unibank" işçi axtarır - VAKANSİYA
"VTB bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
"PASHA Capital" işçi axtarır - VAKANSİYA
Bank Avrasiya
İcraya Nəzarət üzrə Mütəxəssis
Son tarix 17 fev 2024 - [email protected]
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali təhsil
- İş təcrübəsi-3 il
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək
- MS Office proqramlarında sərbəst şəkildə işləmək bacarığı
- Korporativ davranış normalarını bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
- Məhkəmə qərardadları ilə tanış olur
- İcra şöbələri ilə əlaqə yaradır
- Hərraclarda iştirak edir
- Problemli kreditlərdə pulun qaytarılması üçün aktiv iştirak edir
Xahiş olunur mövzu hissəsində İcraya Nəzarət Şöbəsinin mütəxəssisi vəzifəsini qeyd edib CV e-mail ünvanına göndərəsiniz.
Müştəri Xidməti departamentinin Mütəxəssisi
Son tarix 17 fev 2024 [email protected]
Namizədlər üçün irəli sürülən tələblər:
- İqtisadiyyat üzrə ali təhsil
- Bu sahədə ən azı 1 il iş ştajı
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
- İngilis dilini yaxşı səviyyədə bilmək
- MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı
- Korporativ davranış normalarını bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
- müştərilərin müraciətinə əsasən onlara aid cari hesablara, plastik kartlara müvafiq qaydada mədaxil və məxaric əməliyyatları aparır;
- plastik kartlara aid olan bütün xidmətləri həyata keçirir;
- fiziki, hüquqi şəxslərin və fərdi sahibkarların bütün növ hesabların açılması, aparılması və bağlanması, hüquqi qovluqların hazırlanması və saxlanılması işini təşkil edir;
- müştərilərin müraciətlərinə əsasən təcili pul köçürmə sistemləri üzrə əməliyyatları aparır;
- müştərilərin müraciətlərinə əsasən onlara aid hesablardan çıxarışlar və hesabları barədə digər qurumlara təqdim edilməsi üçün arayışlar təqdim edir;
- müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasını təmin edir;
- müştərilərin banka təqdim etdiyi sənədlərin qorunub saxlanılmasını təmin edir;
- fiziki, hüquqi şəxslərin və fərdi sahibkarların milli və xarici valyutada ödənişlərinin və əlavə olunan təsdiqedici sənədlərin qəbulunu, yoxlanılmasını, icrasını və ödənişlər üzrə hesabatların hazırlanmasını təmin edir;
- idxal-ixrac əməliyyatları üzrə bütün normativ qaydaların tələblərini yerinə yetirir.
Xahiş olunur mövzu hissəsində Müştəri Xidməti departamentinin mütəxəssisi vəzifəsini qeyd edib CV e-mail ünvanına göndərəsiniz.
İT help desk
Son tarix 17 fev 2024 - [email protected]
Namizədlər üçün irəli sürülən tələblər:
- Bu sahədə ən azı 2 il iş təcrübəsi (Bank sahəsində təcrübə arzuolunandır)
- PC və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğuları ilə işləmə bacarığı
- Əsas texniki problemləri təyin etmək və həll etmək bacarığı
- Printer və scanner avadanlıqları ilə iş təcrübəsi
- Windows client Ə/S-ləri həmçinin Microsoft Office proqramları üzrə təkmil biliklər
- Windows Server, Active Directory və DNS anlayışından xəbərdar olmaq
- İP telefonların iş prinsipinin , istifadəçilərdən çıxan nasazlıqların aradan qaldırılması kimi bacarıqlar
- Ethernet, İP və şəbəkə cihazlarının iş prinsipləri barəsində məlumatlı olmaq-
- Antivirusların iş prinsipi , quraşdırılması və sazlanması barəsində biliklər
- Xarici dil: İngilis dili (Texniki), Rus dili (Arzu olunandır)
- Problemləri düzgün analiz edə bilmə bacarığı
- İşində səliqəlilik, dəqiqlik və görülən işlərin sənədləşdirilməsi
- Məsuliyyətlilik, dəqiqlik, operativlik
- Ünsiyyətqurma və komandada işləmək bacarığı
Vəzifə öhdəlikləri:
- Kompüter, Printer, İP telefon və digər avadanlıqların sazlanması, əməliyyat sistemlərin yazılması
- Office proqramları ilə bağlı əməkdaşlara texniki dəstəyin göstərilməsi
- Standart və qeyri-standart proqramların yazılması, çıxan problemlərin araşdırılıb həll olunması
- Şəbəkə avadanlıqlarında minimal dəstək işlərinin həyata keçirilməsi
- Görülmüş işlərin nəticəsi və statusu barədə sistemdə məlumatları mütəmadi olaraq yeniləmək
Xahiş olunur mövzu hissəsində İT help desk vəzifəsini qeyd edib CV e-mail ünvanına göndərəsiniz.