"Express Bank" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"AFB Bank" işçilər axtarır - VAKANSİYALAR
"Rabitabank OJSC" işçi axtarır - VAKANSİYA
"Bank Respublika" işçilər axtarır - VAKANSİYALAR
"Bank Avrasiya" işçilər axtarır - VAKANSİYALAR
"Azersun Holding" işçi axtarır - VAKANSİYA
"Unibank" işçi axtarır - VAKANSİYA
"VTB bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
"PASHA Capital" işçi axtarır - VAKANSİYA
AFB Bank
Komplayns üzrə kiçik mütəxəssis/mütəxəssis
Son tarix 17 fev 2024 [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya Hüquq üzrə);
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
- MS Office proqramları üzrə (xüsusilə, MS Excel) yüksək səviyyəli praktiki bacarıqlar;
- Ünsiyyət qurmaq qabiliyyəti, təşəbbüskarlıq və innovasiyalara açıqlıq;
- Məsuliyyətlilik, dəqiqlik, gərgin iş rejimində işləmək bacarığı.
İşin təsviri:
- Şübhəli əməliyyatlar barədə maliyyə monitorinq orqanına hesabat və məlumatların hazırlanması;
- Müştəri profil məlumatlarının düzgünlüyünə nəzarət;
- Qeyri-adi və şübhəli əməliyyatların aşkarlanması üçün əməliyyatların təhlili;
- Maliyyə Monitorinq Xidmətindən daxil olan sorğuların cavablandırılması;
- Müştərilərin risk kateqoriyasına uyğun olaraq onların profil məlumatlarının yenilənməsi;
- Müştərilərin və əməliyyatın tərəflərinin sanksiya tətbiq olunan şəxslər üzrə yoxlanılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Komplayns üzrə kiçik mütəxəssis/mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
SƏTƏM üzrə aparıcı mütəxəssis
Son tarix 17 fev 2024 [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
İşin təsviri:
- Əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri Bankda həyata keçirmək;
- Əməyin mühafizəsi və texniki təhlükəsizliyə riayət etmək;
- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək;
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;
- İşçilərin əməyin mühafizəsi üzrə ərizə və şikayətlərinə baxmaq və lazımi ölçülər götürmək;
- Bankın mövcud forma və qaydalarına uyğun olaraq hesabat aparmaq və s.
Namizədə dair tələblər:
- Ali Təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi;
- MS Office (MS Excel və MS Word) biliyi;
- Komandada işləmək bacarığı, detallara qarşı diqqətlilik;
- Sahəsi ilə əlaqədar sertifikatların olması üstünlükdür.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “SƏTƏM üzrə aparıcı mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.