Azərbaycan şirkəti yüksək maaşla işçi axtarır - MAAŞ 3000-3500 MANAT - VAKANSİYA
"TuranBank ASC" işçi axtarır - VAKANSİYA
"Azericard" işçi axtarır - VAKANSİYA
"MCB BOKT" işçi axtarır - MAAŞ 800 MANAT - VAKANSİYA
"Aztelekom" işçilər axtarır - VAKANSİYALAR
"Royal Development" işçi axtarır - MAAŞ 700 MANAT - VAKANSİYA
Şuşada işləmək üçün işçi axtarır - VAKANSİYA
"Prior Leasing" işçi axtarır - MAAŞ 970–1108 MANAT - VAKANSİYA
"Santral" işçi axtarır - MAAŞ 800 MANAT - VAKANSİYA
"Express Bank" işçilər axtarır - VAKANSİYALAR
Aztelekom
Baş mühasib (Ağdaş/Şamaxı/Yevlax/ filialları)
Son tarix 19 noy 2023 - Müraciət et
Təsvir:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin təşkili və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Filialın mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmasına rəhbərlik etmək;
- Müəssisənin həyata keçirdiyi bütün mühasibat əməliyyatlarına nəzarət etmək və onların maliyyə hesabatlarında və Baş kitabda müvafiq uçot registrlərdə əks etmək;
- Filialın ümumi maliyyə hesabatlarını tərtib edərək müəyyən edilmiş forma üzrə təyin edilən vaxtda və qurumlara təqdim edilməsini təmin edir;
- Mədaxil, məxaric orderləri, hesabat blankları və s. rəsmi sənədlərin hazırlanması və hərəkətinə nəzarət və rəhbərlik etmək;
- Göstərilmiş xidmət üzrə yaranan debitor borclarının yığımının təşkili və mütəmadi nəzarətin həyata keçirilməsi işlərinə rəhbərlik etmək;
- Pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- Müəyyən olunmuş müddətlərdə maliyyə hesabatlarının tərtib edir və baş idarəyə təqdim etmək;
Tələblər:
- Ali ixtisas (iqtisad - maliyyə) təhsilli;
- Maliyyə-mühasibat işi üzrə 3 ildən az olmayan iş stajı olmalı;
- Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını mükəmməl bilməli;
- Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli;
- Kompüter bilikləri üzrə MS Office (xüsusilə Excel), Mühasibatlıq proqramları, Outlook və işgüzar yazışma əsaslarını bilməli;
- İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı;
- Korporativ idarəetmə sisteminin əsaslarını və korporativ mədəniyyətin əsaslarını bilməli;
- Peşəkar ünsiyyət psixologiyasını bilməlidir.
Mühasib (Lənkəran)
Son tarix 19 noy 2023 Müraciət et
Təsvir:
- Mühasib öz fəaliyətini “Mühasibat Uçotu” üzrə Qaydalara, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzərə almaqla həyata keçirir;
- Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Proseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;
- Filial tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarını mühasibat uçotu hesabında düzgün əks etdirir;
- Filialın təsərrüfat fəaliyyətində material, əmək və maliyyə rejiminə ciddi riayət edir;
- Mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edir;
- Daxil olan pul vəsaitlərini mühasibat uçotu hesablarında əks etdirir;
- Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfat daxili ehtiyyatların aşkara çıxarılması məqsədilə mühasibat uçotu və hesabat məlumatları üzrə Filialın maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilini təmin edir;
- Debitor borcların yığılması üçün zəruri tədbirlər görür və debitor borcların yığılmasını təmin edir;
- İş yükü artıq olduğu zaman (mütəmadi olaraq) və struktur bölmənin işinin keyfiyyətini artırmaq məqsədilə Filialın digər şöbələrinin işinə dəstək olur;
- Sahəsinə aid olan Məcəllələr, Qərarlar və digər zəruri iş alətləri üzrə yeniliklər barədə daim məlumatlı olur və həmkarları ilə paylaşır;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Tələblər:
- Müvafiq regional filialın Maliyyə şöbəsinin mühasibi vəzifəsinə təyin olanan şəxs aşağıdakı tələblərə uyğun olmalıdır:
- Ali və ya orta ixtisas (maliyyə üzrə) təhsilli olmalı;
- Sahəsi üzrə ən azı 1 il iş stajı olması arzuolunandır;
- “Mühasibat Uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını bilməli;
- Mühasibat sahəsinə aid olan sənədlərin tərtib etmə bacarıqlara malik olmalı;
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri düzgün istifadə etməyi bilməli;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, Azərbaycan Respublikasının Konstitusiyası üzrə baza biliklərə malik olmalı;
- Kompüter bilikləri üzrə: MS Office (xüsusilə MS Exel), mühasibat proqramlarını və Outlook proqramları üzrə istifadə etmə bacarığının olması;