Azərbaycan şirkəti yüksək maaşla işçi axtarır - MAAŞ 3000-3500 MANAT - VAKANSİYA
"TuranBank ASC" işçi axtarır - VAKANSİYA
"Azericard" işçi axtarır - VAKANSİYA
"MCB BOKT" işçi axtarır - MAAŞ 800 MANAT - VAKANSİYA
"Aztelekom" işçilər axtarır - VAKANSİYALAR
"Royal Development" işçi axtarır - MAAŞ 700 MANAT - VAKANSİYA
Şuşada işləmək üçün işçi axtarır - VAKANSİYA
"Prior Leasing" işçi axtarır - MAAŞ 970–1108 MANAT - VAKANSİYA
"Santral" işçi axtarır - MAAŞ 800 MANAT - VAKANSİYA
"Express Bank" işçilər axtarır - VAKANSİYALAR
Azericard
Risklərin idarə olunması və keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi
Son tarix 19 noy 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkət üzrə mövcud olan, potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi;
- Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
- Biznes proseslərinin İT və əməliyyat risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi;
- İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
- Dəyişikliyin idarə olunması prosesində iştirak;
- Biznes prosesləri üzrə İT və əməliyyat risklərinin təhlili və dəyişiklik təkliflərinin hazırlanması;
- Müəssisədə risklərin idarə edilməsi proqramının İT risk komponentinin icra edilməsi;
- Maliyyə və qeyri-maliyyə riskləri üzrə reyestr, əsas risk indikatorları və risk xəritəsinin hazırlanması, onların mütəmadi olaraq nəzərdən keçirilməsi;
- Keyfiyyətə Nəzarət Planının icrasına nəzarət;
- İş prosesində keyfiyyətin idarə edilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması.
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Risklərin idarə edilməsi, keyfiyyətə nəzarət, İT risklərinin idarə edilməsi və ya İT təhlükəsizlik üzrə ən azı 2 il iş təcrübəsi;
- Rus və İnglis dillərin bilməsi;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Beynəlxalq standartlar və qabaqcıl təcrübələr (PCI, ISO, NIST, Cobit, ITIL) üzrə biliklər;
- Kompüter və şəbəkə təhlükəsizliyi, Əsas şəbəkə servislərini anlamaq;
- Proqram təminatlarının, tətbiqlərin hazırlanma prinsipləri barədə baza biliklər;
- İT risk, audit və ya daxili nəzarət sahələri üzrə sertifikatların olması arzuolunandır.
Namizədlərdən CV-lərini “Risklərin idarə olunması və keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi” mövzusu ilə göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.