Biznesin inkişafı və təlim üzrə mütəxəssis (Gəncə şəhəri üzrə)
Son tarix 19 iyn 2022 - [email protected]
Qısa xülasə: Öhdəliklərə material və metodların araşdırılması, təlim proqramlarının işlənib hazırlanması, təlim üsullarının təhlili və inkişafı, satış təmsilçilərinin təlimatlarına nəzarət və qeydiyyatın təşkili kimi müxtəlif inzibati vəzifələr daxildir.
Hesabat verir: Biznesə dəstək departamentində Biznesə dəstək üzrə supervayzerə
Əsas öhdəliklər:
-
Hərtərəfli araşdırma apararaq, təlim mövzularını təhlil edərək materiallarını hazırlamaq
-
Şirkət etikasına və davranışına hörmət edən, cəlbedici olan və təlim iştirakçılarına iştirak etmək üçün maksimum imkan yaradan təlim proqramı təşkil etmək.
-
Təlim məşğələlərinin təlimatına və təqdimatına töhfə vermək və fərqli metod və materialların qarşılıqlı əlaqəni və iştirakçılığı səmərəli şəkildə necə təşviq etdiklərini qiymətləndirmək
-
Təlimlə əlaqədar bütün xərclər üçün büdcələri tərtib etmək və yüksək rəhbərliyə hesabat vermək üçün xərcləri əsaslandıran ətraflı hesabatları hazırlamaq
-
Təlimçilərin təlim məşğələsini səmərəli şəkildə aparması üçün lazım olan bütün alətlərin, texniki avadanlıqların və resursların təmin edildiyi təlim məkanlarını hazırlamaq
-
Müvafiq proqram təminatından istifadə etməklə lazımi təqdimatları hazırlamaq
-
Daxili sorğu proseslərini hazırlamaq və nəticələr barədə məlumat vermək
Tələblər:
-
Müvafiq sahədə iş təcrübəsi
-
Tənqidi düşünmə və problem həll etmə bacarığı
-
Təqdimat və ünsiyyət qurma bacarıqları
-
Azərbaycan, İngilis və Rus dillərini həm yazılı, həm də şifahi yaxşı səviyyədə bilmə bacarığı
-
MS Office proqramlarını əla səviyyədə bilmək bacarığı
-
Onlayn sorğu vasitələrindən istifadə etməsi
Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində "Biznesin inkişafı və təlim üzrə mütəxəssis" yazmaqla e-poçt ünvanına göndərmələri xahiş olunur.