“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə və iqtisadiyyat idarəsi - Biznes proseslər, sistemlərin tətbiqi və metodologiya üzrə baş məsləhətçi
Vəzifə öhdəlikləri:
• Biznes proseslərin təhlili və işlənməsi (AS-İS/TO-BE);
• Biznes proseslərin optimizasiyası üzrə təşəbbüslərin işlənməsi;
• Proses istifadəçisi ilə avtomatlaşdırma üzrə tələblərin yığılması və təsdiqlənməsi;
• Yığılmış tələblərə uyğun görüləcək işin planının tərtib olunması;
• Texniki sənədlərin hazırlanması və yenilənməsi;
• Digər işçilərə prosesin gedişatı ilə bağlı təlimatlandırılması.
Vəzifə üzrə tələblər:
• İstifadəçi tələblərinin müəyyən edilməsi bacarıqları;
• Biznes proseslərin yazılma metodikaları üzrə biliklər;
• 1C bazasında yaradılan sistemlərin tətbiqində təcrübəyə malik olması;
• İdarəetmə uçotu, BMHS, vergi uçotu üzrə nəzəri biliklər;
• Proses layihələndirmə işinin arxitekturasının başa düşülməsi.
Tələb olunan təhsil istiqaməti/ixtisası: Maliyyə/iqtisadiyyat
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 3-6 il
Tələb olunan kompüter bilikləri: 1C və ERP modulları üzrə praktiki biliklər (İdarəetmə uçotu, BMHS, Vergi uçotu, Büdcə və xəzinədarlıq), Ms Excel, makroslar üzrə bilikər arzuolunandır.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – sərbəst, Rus dili – yaxşı səviyyədə.
Son müraciət tarixi: 03.03.2021
Uyğun namizədlər işə qəbul üçün şəkilli CV-lərini və portfolionu [email protected] elektron poçt ünvanına mövzu yerinə “Biznes proseslər, sistemlərin tətbiqi və metodologiya üzrə baş məsləhətçi” yazıb göndərə bilərlər.