Azdizayn Group
Mağaza meneceri
Son tarix 23 apr 2025 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil;
- Satış sahəsində minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
- Kompüter bilikləri (MS Office, Micro);
- İdarəetmə bacarığı;
- Araşdırma bacarığı;
- Ünsiyyətcillik;
- Təqdimetmə bacarığı;
İş haqqında məlumat:
- Mağazada gündəlik işin təşkil edilməsi
- Müştərilərin qarşılanması, məlumatlandırılması, yola salınması
- Mağaza daxilində məhsullara barkodların vurulması
- Müştərilərlə əlaqələrin qurulması
- Sifarişin Fora və Micro proqramlarına daxil edilməsi
- Qaimənin hazırlanması və müştəriyə təqdim edilməsi
- Müştəri xüsusi endirim istəyərsə bu barədə satış şöbəsinin müdirinin məlumatlandırılması və qiymətin razılaşdırılması
- Sifarişlər barədə anbara məlumatın verilməsi
- Sifariş müştəriyə çatana qədər prosesin izlənməzi və müştərinin məlumatlandırılması
- Geriqayıdan məhsul olduqda müştərinin anbara yönləndirilməsi
- Kassanın gündəlik olaraq təhvil verilməsi
- Təchizat şöbəsi tərəfindən gələn məhsullar barədə məlumatın alınması və onun əsasında sifarişin anbara verilməsi
- Gələn məhsulların sayımının həyata keçirilməsi və qaimə əsasında qəbul olunması, yerləşdirilməsi
- Məhsulların üzərinə qiymət və endirim kağızlarının yerləşdirilməsi və yenilənməsi
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Əmək haqqı (500 AZN + satışdan bonus )
Vakansiyaya müraciət üçün CV-ləri “Mağaza meneceri” başlığı ilə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.