“Avtolüks Azərbaycan” MMC –yə Marketinq mütəxəssisi tələb olunur.
İş qrafiki : 09:00-18:00/bazar ertəsi-cümə
Namizədə olan tələblər:
1. 2 il müvafiq (Avtomobil sahəsində iş təcrübəsinə malik olanlara üstünlük verilə bilər) sahədə iş təcrübəsi ;
2. Ali təhsil;
3. Rus-dili biliyi ;
4. İngilis-dili biliyi;
5. Yaş həddi 22-30;
Vəzifə öhdəlikləri:
1. Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi
2. Rəqəmsal marketinq fəaliyyətində aktiv iştirak, sosial media hesablarının idarə olunması, hesabatların təhlil olunması
3. Lokal kontentin yaradılmasında aktiv iştirak, yerli foto və videoçəkilişlərin təşkili
4. Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması
5. POS materialların hazırlanması və sifarişi
6. PR fəaliyyətinin dəstəklənməsi
7. Yeni və mövcud avtomobillər üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi
8. Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi
9. Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması
10. Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi
11. Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi
12. Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi
Email : [email protected]
Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.