Aqrar İnnovasiya və Təchizat Şirkəti
Data Analitik
Son tarix 01 may 2023 - [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil(İqtisadiyyat və ya Tətbiqi riyaziyyat sahəsində arzuolunandır);
- Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsinə malik olmalı;
- Statistik modelləşdirmə, analiz və proqnozlaşdırma metodlarını bilməli;
- Datanın emal edilməsi və strukturlaşdırılmasını yüksək səviyyədə bacarmalı;
- MS Excel, Power BI, SPSS proqramlarında və ya Python/R dilləri ilə yaxşı səviyyədə işləməyi bacarmalı;
- SQL bazaları ilə yaxşı səviyyədə işləməyi bacarmalı;
- Tableu, Data Studio və ya digər vizualizasiya proqramları ilə yaxşı səviyyədə işləməyi bacarmalı.
Vəzifə öhdəlikləri:
- Məlumat bazalarından əldə ediləcək statistik datanı davamlı əsaslara təmizləyir, strukturlaşdırır və vizuallaşdıraraq, mütəmadi hesabatlar təqdim edir;
- Data modelləşdirmə və statistik metodlardan istifadə etməklə tapşırığa əsasən müvafiq ticari proseslərin əlaqələndirilməsi, zəif nöqtələrin və imkanların aşkarlanması, kanalların və xərclərin səmərəliliyi üzrə araşdırma edir;
- Davranış modellərinə əsasən bazarın və satışıların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib edir.
İş şərtlərimiz:
- Əmək haqqı:1200-2100 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Data analitik” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.