AN Production
Smeta mühəndisi
Son tarix 15 fev 2025 - [email protected]
İş qrafiki:
- 6 günlük
- İş saatı: 09:00-18:00
- İstirahət günü –Bazar
Namizədə aid tələblər:
- Ali təhsil (İnşaat və ya Mexanika mühəndisliyi üzrə ali təhsil);
- Azərbaycan və İngilis dillərini bilməsi;
- Microsoft Office proqramlarını (Excel,Word, Outlook), AutoCad mükəmməl səviyyədə bilməsi;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- İşçi layihələrin bütün bölmələrinin oxuma bacarığı;
- Maliyyə təhlili və tikinti bazarı üzrə aktual məlumatlara sahib olması;
- Detallı və dəqiq hesablama bacarığı
- Layihə cizgiləri əsasından təmir tikinti iş həcmləri cədvəlin tərtib edilməsi;
- Layihə işlərinə uyğun xərclərin hesablanması (materiallar, işçi qüvvəsi, avadanlıqlar və s.).
- Smeta dəyərlərinin tikinti normativlərinə uyğunluğunun yoxlanılması.
- Planlaşdırılmış və faktiki xərclərin müqayisəsi, uyğunsuzluqların müəyyən edilməsi.
- Layihə smeta sənədlərinin dövlət və ya korporativ tələblərə uyğun tərtibatı.
- Tenderlər üçün smeta qiymətləndirilməsi və təqdimatların hazırlanması.
- Tikinti işlərinin smeta büdcəsinə uyğun aparılmasına nəzarət.
- Smeta üzrə dəyişikliklər və əlavə işlər üçün təkliflərin hazırlanması.
- Layihə rəhbərinin tələbinə əsasən büdcənin formalaşdırılmasını və layihə prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanmasına dair təkliflərin verilməsini icra edir ;
- Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanmasını və təhlili;
- Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsinə nəzarət edir və təklif verir;
- İcra edilmiş / görülən işlərin təhvil təslim aktların (forma-2) tərtib edilməsi;
- Podratçılar, dizaynerlər və digər mütəxəssislərlə sıx əməkdaşlıq edərək layihənin müvəffəqiyyətini təmin etmək.
- Layihədəki dəyişiklikləri izləmək, müvafiq sənədləşməni aparmaq və sifarişçiyə məlumat vermək.
Əmək haqqı: 800-1300 azn
Tələblərə uyğun olan namizədlər CV ni elektron poçt ünvanına (mövzu yerinə “Smeta mühəndisi” qeyd edib) göndərsinlər. 0512400606
İstehsalat rəisi
Son tarix 15 fev 2025 - [email protected]
- 6 günlük
- Nahar saatı: 13:00-14:00
- İstirahət günü –Bazar
Yaş aralığı – 35-45 Bəy namizəd
Vəzifə öhdəlikləri:
- Mühəndislik üzrə Ali Təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3-5 il təcrübə
- İstehsalatın təşkilini və texnologiyasını
- Əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə qaydalarını bilməlidir.
İş barədə məlumat:
- İstehsal müəssisəsinin ümumi istehsal fəaliyyətini idarə və təşkil etməlidir.
- Keyfiyyət standartlarını və təhlükəsizlik qaydalarını planlaşdırmalı və vaxtında təmin etməlidir.
- Qaynaq növlərindən məlumatlı olmalı, təyinatına görə hansı işlərdə istifadəsi uyğundur bilməlidir.
- Nəzarətində olan işçilərin gündəlik əmək qabiliyyəti haqqında düzgün hesabatını tərtib etməli.
- İstehsal fəaliyyəti üzrə hesabatlar vaxtında tərtib və təqdim olunmalıdır.
- İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət etməlidir.
- Əsas istehsal cədvəli və əməliyyat büdcələrinin idarə olunmasına diqqət etməlidir
- Yüksək təzyiqli vəziyyətlərdə həlledici qərarlar qəbul etməkdə, tənqidi düşüncə və bütöv təhlil yolu ilə növbəti fəaliyyət istiqamətini seçməkdə rahat olmalıdır.
- Ən kiçik detallar, istər bir məhsulun dizayn qüsuru, istər tədarük zəncirindəki bir gecikmə olsun, əhəmiyyətli dərəcədə təsir göstərə bilər və istehsal rəisi bunlara qarşı diqqətli olmalı və inkişaf etdirmək üçün əllərindən gələni əsirgəməməlidir.
- İşçilərlə düzgün şəkildə ünsiyyət və davranış qaydalarını bilməlidir.
- İşçilərin və avadanlıqların boşdayanmalarının qarşısını almalıdır.
Əmək haqqi: 700-1500 azn (5 iş günü sınaq müddətində tapşırığa əsasən dəyərləndirmə)
Tələblərə uyğun olan namizədlər CV ni elektron poçt ünvanına (mövzu yerinə “Istehsal rəisi” qeyd edib) göndərə bilərlər.
0512400606