Agro Food Investments
Maliyyə meneceri (Region)
Son tarix 26 okt 2023 - Müraciət et
Təsvir:
- Tabeçiliyində olan struktur bölməyə ümumi rəhbərliyi həyata keçirir, işlərini əlaqələndirir, fəaliyyətlərinə nəzarət edir və səmərəli təşkil olunmasına görə məsulliyyət daşıyır
- Müəssisənin illik büdcəsinin planlaşdırılması, digər struktur bölmə rəhbərləri ilə birgə büdcənin hazırlanması və büdcənin icrasına nəzarət
- Xərclərə, təsdiqlənmiş illik büdcə çərçivəsində mütəmadi olaraq nəzarət etmək və kənarlaşmalar yarandıqda, kənarlaşmanın səbəbini araşdırmaq, və nəticələr barəsində birbaşa rəhbəri və müvafiq departamenti məlumatlandırmaq
- Mühasibat uçotunu qanunvericilik və standartlara uyğun təşkil edir, uçotun düzgün həyata keçirilməsinə nəzarət edir
- Cəmiyyətin cari öhdəliklərini yerinə yetirmək məqsədilə pul vəsaitlərinin ehtiyatını təmin edir , Pul vəsaitlərin hərəkətini mütəmadi təhlil edir və pul vəsaitlərin sərfiyyatı ilə bağlı qısamüddətli proqnozlar verir
- Aylıq olaraq xərclərin səmərəliliyini təhlil etmək, xərclərin azaldılması və bu kimi istiqamətlərdə alternativ təşəbbüslər ilə çıxış etmək
- Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini həyata keçirir
- Müəssisə dirеktоrunа və müşahidə şurasına maliyyə, idаrəеtmə hеsаbаtlаrının hаzırlаnmаsı
- Müəssisənin maliyyə hesabatlarının düzgünlüyünü və orada olan məlumatların etibarlığını təmin edir
- Müvafiq proqram təminatında ödənişlər və alışlara bağlı təsdiqlərin verilməsi
- İllik inventarizasiya prosesinə nəzarət
Tələblər:
- Ali Təhsil – Biznesin idarəedilməsi, mühasibat uçotu və audit, beynəlxalq iqtisadi münasibətlər və əlaqədar ixtisaslar
- 5 il ( əlaqədar vəzifədə 2-3 il)
- ACCA, FMVA ilə əlaqədar sertifikatlar üstünlükdür
- MS Office və 1C (və ya digər mühasibatlıq proqramları) işləmə bacarığı
- Risklərin İdarəedilməsi üzrə biliklər
- Təşəbbüskarlıq və məsuliyyətlilik
- İntizamlılıq və nəticəyə köklənmə
- Problemi həll etmə bacarığı
- Analitik düşünmə qabiliyyəti
- Düzgünlük və dəqiqlik
- Yüksək təqdimat bacarığı
- Analiz etmə və qərar qəbul etmə
- Effektiv planlama və icraetmə
Sosial imtiyazlar:
- Nahar təminatı
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- İllik qiymətləndirmə sistemi (KPİ)
- Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
- Qonaqlama (Ev kirayəsi xərclərinin qarşılanması)