Adore
Baş mühasib
Son tarix 05 dek 2026 - [email protected]
ADORE Kompani MMC (Bakıda və Azərbaycanın regionlarında fəaliyyət göstərən parfümeriya və kosmetika mağazaları şəbəkəsi) komandasına baş mühasib vəzifəsinə namizəd axtarır. Vəzifə maliyyə direktoruna tabedir.
Əsas vəzifələr:
- Şirkətin mühasibat uçotunun təşkili və ona tam nəzarət;
- Aylıq, rüblük və illik vergi və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Vergi orqanlarının sorğularının cavablandırılması, kameral uyğunsuzluqların aradan qaldırılması;
- Xərc sənədlərinin düzgün rəsmiləşdirilməsinə və 1C-də əks olunmasına nəzarət;
- Mühasibat əməkdaşlarının işinin təşkili və nəzarəti;
- Audit yoxlamaları üçün lazımi hesabatların hazırlanması;
- 1C 8.3 (ERP konfiqurasiyası) üzrə problemlərin aşkarlanması və proqram tərəfdaşı ilə birgə həlli.
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
- Mühasibat uçotu sahəsində ən azı 5 illik təcrübə, o cümlədən ən azı 2 il baş mühasib (və ya müavini) vəzifəsində;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini, mühasibat uçotu standartlarını və statistik hesabatlılıq qaydalarını dərindən bilmək;
- ƏDV, mənfəət vergisi, ödəmə mənbəyindən tutulan vergi və icbari dövlət sosial sığorta haqları üzrə hesabatların tam dövrü üzrə müstəqil təcrübə;
- e-taxes.gov.az elektron kabinetində və kameral yoxlamalar üzrə iş təcrübəsi;
- 1C 8.3 (ERP konfiqurasiyası) proqramında peşəkar səviyyədə işləmək bacarığı;
- MS Excel proqramını yüksək səviyyədə bilmək;
- Komandanı idarəetmə bacarığı, məsuliyyət və dəqiqlik;
- Azərbaycan dili - mükəmməl; rus dili - arzuolunandır.
Üstünlük verilir:
- Regional filialları olan pərakəndə satış, ticarət və ya distribusiya şirkətində təcrübə (mal-material uçotu, inventarizasiya, idxal əməliyyatları);
- Auditorlarla iş təcrübəsi;
- MHBS bilikləri, ACCA / DipIFR və ya peşəkar mühasib sertifikatı.
Təklif edirik:
- Rəsmi əmək müqaviləsi və sosial təminat;
- Əmək haqqı - razılaşma əsasında;
- 5 günlük iş həftəsi; iş saatları: 09:00-18:00;
- Sabit və inkişaf edən şirkətdə uzunmüddətli iş.
Müraciət üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.














