Access Bank
ƏL\TMM Şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 15 avq 2024 - Müraciət et
Təsvir:
- ÇPY/TMM üzrə şübhəli əməliyyatların yoxlanılması və analizi;
- ÇPY/TMM üzrə texniki tapşırıqların hazırlanması və onların həllinə nəzarət;
- Daxil olan müvafiq sorğuların cavablandırılması;
- Azərbaycan dilində qrammatik düzgün olaraq işgüzar məktubların tərtibatı;
- Rəhbər tərəfindən qoyulmuş tapşırıqların vaxtında icra olunması;
- Filiallarda ÇPY/TMM üzrə yaranan problemlərin həllində əməkdaşlara dəstək olmaq.
Tələblər:
- Bankda ən azı 4 illik iş təcrübəsi;
- ÇPY/TMM, daxili nəzarət və ya əməliyyat riskləri sahəsində ən azı 3 illik iş təcrübəsi;
- Əməliyyat sahəsinə aid bütün xidmət və məhsulların texniki işləmə mexanizmini bilmək;
- Analitik təfəkkür;
- Microsoft proqramlar paketini, xüsusilə Excel və Word proqramlarını əla bilmək;
- Mükəmməl Azərbaycan dili biliyi (rəsmi sorğuların cavablandırılması üçün) və yüksək ingilis dili və ya rus dili biliyi;
- Rəqəmlərlə işləyərkən yüksək səviyyədə diqqətlilik;
- Mükəmməl ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı;
Xəzinədarlıq və Beynəlxalq Əlaqələr Departamentinin Mütəxəssisi
Son tarix 15 avq 2024 Müraciət et
Təsvir:
- Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə təhlilin aparılması, əlverişli investisiya imkanlarının müəyyən edilməsi;
- Daxili qayda, siyasət və prosedurlara uyğun olaraq investisiya portfelinin idarə edilməsi;
- İlkin və təkrar bazarda əqdlərin icrası üçün broker və kontragentlərlə danışıqların aparılması;
- Bankın likvidlik proqnozunun hazırlanması, likvidliyin requlyator və daxili qaydalara uyğun olaraq effektiv idarə edilməsi;
- Xəzinədarlıq departamentinin fəaliyyəti üzrə dövri və xüsusi məqsədli (ad hoc) hesabatların və təqdimatların hazırlanması, təhlilllərin aparılması;
- Aktiv və Öhdəliklərin İdarə Olunması Komitəsinin iclaslarının təşkili;
- Xəzinədarlıqla bağlı qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə araşdırmaların aparılması.
Tələblər:
- Maliyyə, mühasibat uçotu və ümumi iqtisadiyyat üzrə ali təhsil;
- Azərbaycan, rus və ingilis dilləri biliyi;
- MS Office proqramları ( xüsusilə MS Excel və MS Power Point) biliyi;
- Makroiqtisadi konseptlər və maliyyə bazarları üzrə biliklər;
- Təhlil bacarığı və detallara diqqətlilik;
- Komanda işi, təşəbbüskarlıq, effektiv ünsiyyət bacarıqları.