FED.az xəbər verir ki, “Organic Health” MMC-yə təcrübəli satış direktoru tələb olunur.
Eləcə də bax: “Grand Motors” işçi axtarır - VAKANSİYA
Həm xanım, həm də kişi namizədlər müraciət edə bilər.
Əmək haqqı: 2000 manat + satışdan faiz + ofis dəstəyi
İşin təsviri:
“Organic Health” MMC-nin Türkiyədən gətirdiyi məhsulların, əsasən də kofe və çayların satışının təşkili fəaliyyəti ilə məşğuldur.
Namizədin görəcəyi işlər:
- Satış strategiyasının qurulmasında iştirak
- Aylıq satış hədəflərinin müəyyənləşdirilməsi
- Satış menecerlərinin işə götürülməsi və güclü komandanın formalaşdırılması
- Komandanın düzgün idarə edilməsi, günlük, həftəlik və aylıq hesabatların hazırlanması
- Yeni satış ofislərinin açılmasında iştirak
Vəzifəyə olan tələblər:
- Satış sahəsində təcrübə
- Təşkilatçılıq və ya idarəçilik sahəsində təcrübə
- Komanda qurmaq və komandanı idarə etmək bacarığı
- Yeni idealar vermək, çətin situasiyalarda qərar qəbul etmək qabiliyyəti
- Böyük hədəfli, çalışqan, məsuliyyətli və ən əsası dürüst
Uyğun namizədlər öz cv-lərini [email protected] ünvanına göndərə bilərlər. Hər bir uyğun namizədə 2 gün ərzində zəng olunacaq.