Zeta Group
Store manager
Son tarix 15 sen 2025 - [email protected]
“Zeta Group” şirkətinə Store manager tələb olunur.
Tələblər:
- Ali təhsil
- Mağaza idarəçiliyi və ya satış sahəsində ən azı 2 il təcrübə
- İdarəçilik və liderlik bacarığı
- Satış texnikaları və müştəri xidmətləri sahəsində bilik
- İdman malları sahəsində təcrübə üstünlükdür
- MS Office proqramlarında işləmək bacarığı
Vəzifə öhdəlikləri:
- Mağazanın gündəlik fəaliyyətinə rəhbərlik etmək
- Satış planlarını icra etmək və hədəflərə çatmaq
- İşçi heyətini idarə etmək, motivasiya vermək və təlim keçmək
- Malların düzgün yerləşdirilməsi və vitrinlərin cəlbedici olması
- Müştəri məmnuniyyətini təmin etmək
- Satış və stok hesabatlarını hazırlamaq
- Mağaza qaydalarının və prosedurların yerinə yetirilməsinə nəzarət
İş şəraiti:
- İş vaxtı: 6 günlük iş həftəsi
- Əmək haqqı: 1000 AZN
Maraqlanan şəxslər öz CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Store manager”, vakansiyanın adını qeyd edin)