FED.az xəbər verir ki, Beynəlxalq Bank Kiçik və Orta Sahibkarlarla İş Departamentinin Kiçik və Orta Biznes müştəriləri ilə iş şöbəsinə Mikro kreditlər üzrə qrup rəhbəri vakansiyası elan edir.
Eləcə də bax: "Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA
Görəcəyiniz işlər:
Bankın mikro kreditlər seqmentinə aid ola bilən potensial müştərilərin cəlb olunması, mikro kredit portfelinin idarə edilməsi və bu seqmentə aid bütün növ bank məhsullarının satışının təşkil edilməsi;
Müştəri xidmətləri strukturlarından müştərilərin kredit sifarişlərini qəbul edərək ilkin təhlilin aparılması, müvafiq qərar vermə orqanına təqdim edilməsi üçün aidiyyatı struktur bölmələrlə razılaşdırılması və prosesin sonadək təqib edilməsi işinin təşkili;
Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin gecikmələrin aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin həyata
keçirilməsi;
Kredit verilməsi prosesinə nəzarət ve yarana biləcək problemlərin həllinə dəstək olunmasi
Təcrübəçilərin hazırlanması və praktiki təlimləndirilməsi işinin təşkili;
KPİ sisteminin qurulması, hədəflərin qoyulması və icrasına nəzarət
Bizim üçün ideal namizəd:
Ali təhsili;
Mikro kreditləşmə sahəsi üzrə minimum 3 il iş təcrübəsi olan;
Ofis proqramlarında sərbəst işləməyi bacaran;
Yüksək səviyyədə idarəetmə,ünsiyyətqurma qabiliyyəti, təşkilatçılıq və problemləri həll etmə bacarıqları olan şəxsdir.
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mikro kreditlər üzrə qrup rəhbəri” şəklində göstərilməsi xahiş olunur.
Əlavə məlumat üçün: www.ibar.az