FED.az xəbər verir ki, Beynəlxalq Bank Partnyorlarla iş departamentinin Ekvayrinq biznesinə dəstək şöbəsinə Satış təmsilçisi vakansiyası elan edir.
Eləcə də bax: "AccessBank" işçi axtarır - VAKANSİYA
Görəcəyiniz işlər:
POS terminal sahəsi üzrə bazar analizi etmək;
POS terminal şəbəkəsinin genişlənməsini təmin etmək;
Rəhbərlik tərəfindən ekvayrinq biznesi ilə bağlı sorğuları icra etmək.
Bizim üçün ideal namizəd:
Ali təhsilli;
Ünsiyyət bacarığı olan;
Təqdimat bacarığı olan;
Yaradıcı və innovativ;
Satış bacarığı olan;
Fərdi və komanda tərkibində işləməyi bacaran;
Azərbaycan dili yüksək səviyyədə bilən şəxsdir. Rus dili (üstünlükdür);
Bu iş sizə nələri qazandıracaq:
Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına 15.05.2020 tarixinədək göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ekvayrinq biznesinə dəstək şöbəsinə Satış təmsilçisi” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.