Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC
Elektrik-çilingər (Portal kranlar üzrə)
Son tarix 18 mar 2025 - [email protected]
Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik-çilingər (Portal kranlar üzrə)
- İş yeri: Ələt;
- Elektrotexnika, Elektromexanika vəya Nəzarət ölçü alətləri və avtomatlaşdırma ixtisasları üzrə orta təhsil (və bənzər ixtisaslar arzuolunandır);
- Elektrik iş sertifikatı (diplom);
- Sahə üzrə 3 il iş təcrübəsi;
- MS ofis proqramları, PLC və çevirici mühərrik idarəetmə sistemlərini bilmək;
- Hündürlükdə iş bacarığı (55 metr).
Bilməlidir:
- Elektrik qurğularının quraşdırılması və texniki istismar qaydalarını;
- Elektrik qurğularında tətbiq olunan kollektiv və fərdi mühafizə vasitələrindən istifadə və onların sınaq qaydalarını;
- Elektrik qurğu və avadanlıqların tipini, şərti işarələrini və təyinatını;
- Portal kranlarda olan elektrik avadanlıqlarının texniki parametrlərini;
- Elektrik naqillərinin lehimlənməsi və dəyişdirilməsi üsullarını;
- Portal kranlarda olan elektrik avadanlıqların konstruksiyalarını;
- Mexanizmlərin təmiri və bərkidilməsinin əsas qayda və üsullarını;
- Təmirdə işlədilən takelaj avadanlıq, mexanikləşdirilmiş alət və dəzgahların quruluş və istifadə edilməsini;
- Portal kranlarda olan elektrik avadanlıqlarının texniki parametrlərini;
- Kranlarda olan sabit və dəyişən cərəyan sistemlərinin sxemlərini və iş prinsiplərini.
Davranış bacarıqları:
- Məsuliyyət;
- İşi təqib etmə;
- Təhlil etmə;
- Qərar vermə;
- Detallara diqqət.
Öhdəliklər:
- Portal kranlarda yerləşən elektrik qurğuların, elektrotexniki avadanlıqların, avtomatika və telemexanika cihazlarının sxem və quruluşlarının etibarlı vəziyyətdə olmasını yoxlamaq, yaranmış nasazlıqları aradan qaldırmaq;
- İş üçün lazım olan nişanlanmış alətlərlə və təhlükəsizlik texnikası üzrə vasitələrlə daim onları işlək vəziyyətdə saxlamaq;
- Bütün elektrik təchizatı və elektrik avadanlıqlarının montajı, demontajı, avadanlıqların quraşdırılması kimi işlərdə birbaşa iştirak etmək;
- Portal kranlarda nəzarət ölçü cihazlarını yoxlamaq və dəyişdirmək;
- Portal kranların tozdan və digər istismar dövrünü qısaldacaq amillərdən qorunmasında və önləyici tədbirlər görülməsində birbaşa iştirak etmək;
- Portal kranların işıqlanmasını, həmçinin kranda olan elektrik avadanlıqlarında yarana biləcək qüsurların aradan qaldırılmasını təşkil etmək;
- İş planına uyğun şəkildə nasaz avadanlıqla bağlı mümkün qədər daha detallı məlumat almaq məqsədi ilə bütün müvafiq işçi heyəti ilə məsləhətləşmək;
- Təmir və əvəzləmə prosesini Cəmiyyətin tələblərinə, istehsalçının təlimatlarına və SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) prosedurlarına uyğun olaraq həyata keçirmək;
- Qurğular, alətlər və avadanlıqları iş planına və Cəmiyyətin prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək.
Qeyd: Nəqliyyat, qida və digər qurumdaxili xidmətlər təmin ediləcəkdir.
Tələblərə cavab verən namizədlər mail adresinə “Elektrik-çilingər” yazaraq öz cv-lərini göndərə bilərlər.
Müraciət üçün son tarix 01 mart 2025-ci il.
Operator (Müşahidə kameraları-CCTV üzrə)
Son tarix 18 mar 2025 [email protected]
Tələblər
- Orta təhsil (Ali təhsil arzuolunandır);
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Cinsi: Xanım namizədlərə üstünlük veriləcəkdir.
Bilməlidir:
- Ofis proqramları;
- Müşahidə kameraları ilə iş təcrübəsi (CCTV sistemi arzuolunandır);
- Azərbaycan dili sərbəst, rus və ingilis dili arzuolunandır.
- Müvafiq sahə üzrə əsas biliklər:
- Mühafizə sahəsi üzrə, müşahidə kameraları ilə iş bacarığı.
Davranış bacarıqları:
- Məsuliyyət;
- Detallara diqqət;
- Qərar vermə bacarığı.
Öhdəliklər:
- Növbə zamanı riskləri qiymətləndirmək və qabaqlayıcı tədbirləri görmək;
- Baş verən hadisələr barədə rəhbərliyinə vaxtlı-vaxtında məlumat təqdim etmək və müvafiq qeydiyyatlar aparmaq;
- Yanğından mühafizə sisteminə nəzarət etmək, hər hansı nasazlıq və ya siqnal olarsa bu barədə dərhal aidiyyəti struktur bölməyə məlumat vermək;
- Patrul və müşahidə xidmətinin rəisi olmadıqda xidmətdə olan növbə rəisinə hesabat vermək;
- Video müşahidə məntəqəsinə kənar şəxsləri buraxmamaq;
- Mühafizə sahəsi üzrə rəhbər, onu müşayiət edən şəxslər, ali rəhbərlik və daxili nəzarət tədbirlərini həyata keçirən şəxslər istisna olmaqla, digər şəxslərin posta daxil olmasına yol verməmək.
Qeyd: Nəqliyyat, qida və digər qurumdaxili xidmətlər təmin ediləcəkdir.
Tələblərə cavab verən namizədlər mail adresinə “Operator” yazaraq öz cv- lərini göndərə bilərlər.
Müraciət üçün son tarix 01 mart 2025-ci il.
Kran operatoru (Portal kran)
Son tarix 18 mar 2025 [email protected]
5-ci dərəcəli kran operatoru (Portal kran)
- Peşə və ya Orta ixtisas təhsili;
- İxtisas sertifikatı;
- Sahə üzrə 1 il iş təcrübəsi.
Bilməlidir:
- Xidmət edilən portal kranın və onun mexanizmlərinin quruluşunu;
- Yüklərin yerdəyişmə üsullarını;
- Texnoloji avadanlığın quraşdırılmasını;
- Xarici görkəminə görə yükün kütləsinin müəyyənləşdirilməsi;
- Portal krana xidmət göstərilməsi qaydalarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını.
Davranış bacarıqları:
- Məsuliyyət;
- İşi təqib etmə;
- Detallara diqqət.
Öhdəlikər:
- Krana qoşulan bütün növ yüktutucu (qarmaq, spreyder, maqnit, qreyfer və s.) avadanlıqların qoşulmasında iştirak etmək;
- Orta mürəkkəbli (0-75 ton aralığında) yük qaldırma əməliyyatlarını icra etmək; zərurət yarandıqda kranda təmir işlərində iştirak görmək və krana texniki xidmət göstərmək;
- Yükaşırma prosesində risklərin müəyyən edilməsində iştirak etmək;
- Yükaşırmada təyin edilmiş hədəflərə çatmaq üçün rəhbəri tərəfindən təyin edilmiş normalara çatmaq üçün səy göstərmək;
- Yazılı, şifahi və ya siqnal işarələri əsasında qaldırılacaq yükün və həmin yükün yerinə uyğun manevrlərə əməl etmək;
- Kranın istifadəsi zamanı nasazlıqları aşkar etmək və sahə rəisinə məlumat vermək;
- Əl rıçaqları və pedallar vasitəsilə kranı şassi üzərində döndərmək və qaldırılacaq yükə görə oxun çıxışını nizamlamaq və qarmağı lazımi məsafədə endirib qaldırmaq;
- Kranla əməliyyatlar edərkən dəqiq hesabat aparmaq və qəbul edilmiş standartlar əsasında işi yerinə yetirmək;
- Verilən təlimatlara və işarələrə dəqiq əməl etmək.
Qeyd: Nəqliyyat, qida və digər qurumdaxili xidmətlər təmin ediləcəkdir.
Tələblərə cavab verən namizədlər mail adresinə “5-ci dərəcəli kran operatoru” yazaraq öz cv-lərini göndərə bilərlər.
Müraciət üçün son tarix 01 mart 2025-ci il.