Vakansiyalar

"AzərTürkBank" işçi axtarır - VAKANSİYA

"AzərTürkBank" işçi axtarır - VAKANSİYA | FED.az
20:05 27 Dek 2019

FED.az xəbər verir ki, "AzərTürkBank" Daxili Nəzarət və Maliyyə Monitorinqi departamentinin Daxili nəzarət şöbəsində baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Eləcə də bax: "Yelo Bank" işçi axtarır - VAKANSİYA

Namizədə olan tələblər

  • Ali iqtisadi təhsil;
  • Bankda daxili nəzarət və ya audit üzrə minimum 2 illik iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan və İngilis dili biliyi, Rus dili biliyi arzuolunandır;
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər;
  • Bank fəaliyyətinə aid qanunları, qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilmək;
  • Analitik təhlil qabiliyyəti;
  • Gərgin əmək şəraitində işləmək qabiliyyəti;

Vəzifə öhdəlikləri

  • Cari fəaliyyət zamanı Bank tərəfindən keçirilən bütün əməliyyatlara gündəlik nəzarətin həyata keçirilməsi;
  • Struktur bölmələrdə monitorinq və yoxlamaların aparılması;
  • Struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunun, tarif dərəcələrinin düzgün tətbiq edilməsinin yoxlanması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
  • Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi;
  • Bankın fəaliyyətində nəzarət mexanizmlərinin tətbiq edilməsi məqsədi ilə müvafiq hesabat formalarının hazırlanması.

CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.

Digər xəbərlər

Banner