North West Construction
Analitik/Monitorinq üzrə mütəxəssis
Son tarix 24 iyl 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Analitik və riyazi düşüncə
- Excel proqramı vasitəsi ilə monitorinq etmək üçün müxtəlif növ müqaisə hesabatlarının hazırlanması
- Riyazi və statistik üsullardan istifadə edərək bütün növ əməliyyatlar üzrə məlumatların təhlil olunması
Tələblər:
- Ali təhsil texniki sahə üzrə
- Minimum 1 il təcrübə
- Hesabatların hazırlanması və uğurlu təqdimat bacarığı
- Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı
- Yüksək səviyyədə Excel bilikləri, 1C bilikləri arzuolunandır
CV-lərinizi elektron ünvanlarına müraciət etdiyiniz vəzifəni qeyd etməklə "Monitorinq üzrə mütəxəssis" göndərməyiniz xahiş edirik.
Yanacaq Doldurma Məntəqəsi üzrə Nəzarətçi
Son tarix 25 iyl 2023 [email protected]
İş yeri: Kəlbəcər
Vəzifə Öhdəlikləri:
- Yanacaq doldurma məntəqə nəzarətçisi birbaşa yanacaq şöbəsinin menecerinə tabedir;
- Yanacaq qəbulu zamanı yanacağın keyfiyyətinin norma və standarlara uyğunluğunu yoxlamaq uyğunsuzluq aşkarlanarsa aidiyyatı rəhbərinə məlumat vermək;
- YDM -də yanacaq doldurma qrafikini tərtib etmək, izləmək və koordinasiya etmək;
- Layihədə texnika və maşınlara paylanılan yanacaqın sərfiyyatı və qalıqları haqqında məlumatların toplanması, hesabatın hazırlanması və göndərilməsində cavabdehdir:
- YDM -də avadanlıqların işlək vəziyyətdə qalmasına ,həmçinin yanacaqdoldurma məntəqələrinin texniki istismarı qaydalarına cavabdehdir;
- Yanacaqların saxlanılması, uçotu və paylanması qaydası haqqında təlimatlara, təhlükəsizlik texnikası və əməyin mühafizəsi təlimatlarına, yanğından mühafizə təlimatlarına riayət edilməsinə cavabdehdir;
- Çəndə olan yanacaq ehtiyyatlarının gündəlik olaraq Layihə təlabatına uyğunluğuna cavabdehdir;
- Yanacaq doldurma məntəqələrində yanacaq qəbulu zamanı gələn yanacağın miqdarının ölçülməsi və qəbul edilən yanacaq miqdarına cababdehdir.
Tələblər:
- Ünsiyyət və yüksək təşkilati və idarəetmə bacarığı;
- Fors-major hallarda sürətli və düzgün qərar qəbul etmə bacarığı;
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
- Kompüterdə office programlarında sərbəst işləmək bacarığı;
- Məsuliyyətli və stresə davamlı olmaq;
- Liderlik keyfiyyətlərinə malik olmaq;
Qeydlər:
- Təhsil: Ali və ya Orta-texniki;
- Detallara fikir vermə bacarığı;
- Komandada işləmə, çeviklik və məsuliyyətlilik bacarığı;
- Azərbaycan dili əla, ingilis və rus dillərini bilmək üstünlukdür
- Yanacaq sahəsində iş təcrübəsinin olması mütləqdir.
Maraqlanan namizədlərdən öz CV-lərini mövzuda “Yanacaq Doldurma Məntəqəsi üzrə Nəzarətçi” qeyd edərək [email protected], [email protected] elektron poçt ünvanlarına göndərmələri xahiş olunur.
Korporativ Katib
Son tarix 24 iyl 2023 [email protected]
Öhdəliklər:
- Protokolların, məktubların, arayışların və sairə korporativ sənədlərin hazırlanması və redaktə edilməsi;
- Korporativ sənəd dövriyyəsinin uçotu, qeydiyyatı və elektronlaşmasının təkmilləşdirilməsi və sistemləşdirilməsi;
- Korporativ sənədlərinin vahid arxivinin, həmçinin onun elektronlaşmasının təkmilləşdirilməsi və sistemləşdirilməsi;
- Məktubların, əmrlərin və rəhbərliyin göstərişlərinin qeydiyyatının aparılması və icralarına nəzarətin edilməsi;
- İş proseslərinin qeydiyyatının və koordinasiyasının aparılması və təşkili;
- Korporativ sənədləşmə və sənəd dövriyyəsinə dair qabaqcıl standartların və effektiv proseslərin tətbiqinin təşkili;
- İşin mahiyyətindən irəli gələn rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Kvalifikasiya və Səriştələr:
- Ali təhsil (hüquq, filologiya, jurnalistika və ya social elmlər istiqamətində arzuolunandır);
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
- Rus və İngilis dillərində peşəkar danışıq və yazı qabiliyyəti;
- Yüksək kommunikasiya, təşkilatçılıq, təqdim etmə və yazılı ünsiyyət qurmaq bacarığı;
- Yüksək etik davranış və korporativ mədəniyyət keyfiyyətlərinə malik olmalıdır;
- Korporativ mühitə bələd olmalıdır;
- Korporativ katiblik və ya əlaqəli sahələrdə azı 3 il iş təcrübəsi;
- Windows Office və Outlook proqramlarında işləmək bacarığı;
- İnternet resurslarını çalışdırmaq və effektiv axtarış aparmaq bacarığı;
- Məsuliyyətli, məhsuldar, ünsiyyətçil, nəzakətli, təmkinli, detallara diqqətli, yaradıcı və təşəbbüslü olmalıdır.
Müraciət qaydası:
Maraqlı şəxs,
- Tərcümeyi-halını (CV-sini) [email protected] və ya [email protected] elektron ünvanlarına göndərməlidir;
- Elektron məktubun mövzusunda “Korporativ Katib” sözlərini qeyd etməlidir;
- Namizədliyini göstərilən tələblərə uyğun şəkildə dəstəkləyən istənilən digər sənəd və materialları CV-si ilə birgə təqdim edə bilər.
Həkim (Qarabağ)
Son tarix 24 iyl 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Həkim bir başa SƏTƏMM üzrə Menecerə tabedir;
- Yaralanmış işçilərə sarğıların qoyulması və dəyişdirilməsi;
- Şirkətin işçilərinə yaranmış qəza vəziyyəti zamanı ilk tibbi yardım göstərmək;
- Düşərgə və sahəni ilkin tibbi yardım ləvazimatları ilə təchiz olunmasını təmin etmək;
- Şirkətin təlimatlarını dəqiq yеrinə yеtirmək;
- İşçilərin fiziki iş qabiliyyətinin təmin edilməsinə yardım etmək
- Şirkətin işçilərini müntəzəm olaraq ilkin tibbi yardım haqqında təlimatlandırmaq;
- Müraciət etmiş işçilərə həkim məsləhətləri vermək.
- Müntəzəm olaraq işçilərin sağlamlığını müəyyən etmək.
- SƏTƏMM Meneceri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Tibb sahəsi üzrə ali təhsil
- Minimum 2 il iş təcrübəsi
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Həkim (Qarabağ)” başlığı ilə göndərməklə edə bilərsiniz.
Yanacaq Doldurma Məntəqəsi üzrə Operator
Son tarix 25 iyl 2023 [email protected]
Vəzifə Öhdəlikləri:
- Yanacaq doldurma məntəqə operatoru birbaşa YDM nəzarətçisinə tabedir;
- Sahəyə gələn yanacağın yanacaq çənlərinə doldurulmasına, boşaldılmasına, sahələrdə olan texnika və avtomobillərə yanacağın paylanmasına cababdehdir;
- Paylanılan yanacağın qeydiyyatını aparması;
- Yanacaq ilə bağlı digər texniki məsələlərə cavabdehdir.
Tələblər:
- Nəqliyyat və yanacaq sahəsi üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi.
Maraqlanan namizədlərdən öz CV-lərini mövzuda “Yanacaq Doldurma Məntəqəsi üzrə Operator” qeyd edərək [email protected], [email protected] elektron poçt ünvanlarına göndərmələri xahiş olunur.
GPS üzrə mütəxəssis
Son tarix 25 iyl 2023 [email protected]
Vəzifə Öhdəlikləri:
- Nəqliyyat vasitələrinin siyahısının daimi yoxlanılması və yenilənməsi;
- Nəqliyyat vasitələrinin izlənərək kənarlaşma hallarının qeydiyyata alınması və rəhbərliyə məlumat verilməsi;
- GPS sistemləri üzərindən yanacaq və digər ölçmə sistemlərinin daimi monitorinqinin aparılması və kənarlaşmaların qeydiyyata alınması;
- GPS izləmə sistemlərinin yaxşılaşdırlması üzrə təkliflərin verilməsi;
- Mövcud nəqliyyat vasitələrinə GPS qurğularının quraşdırılması üçün müraciətin edilməsi;
- Günlük iş planı üzrə əraziyə çıxmış nəqliyyat vasitələrini müvafiq izləmə proqramı üzərindən izlənməsi;
- İzləmənin nəticələri əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
- Nəqliyyat vasitələrinin giriş-çıxış vaxtının təyin edilməsi və onlara nəzarət edilməsi;
- İşinin müvafiq təlimat və qaydalara uyğun qurulması.
Tələblər:
- Təhsil : Ali
- İş təcrübəsi : 1 ildən 3 ilə qədər
- Yaş : 22 – 30
- Cins : Kişi
- Nəqliyyat sahəsi üzrə ali təhsil
- Minimum 1 il iş təcrübəsi
- Yaş həddi 23-45
- MS Office proqramlarını bilməli;
Maraqlanan namizədlərdən öz CV-lərini mövzuda “GPS üzrə mütəxəssis” qeyd edərək [email protected], [email protected] elektron poçt ünvanlarına göndərmələri xahiş olunur.
Texnik
Son tarix 25 iyl 2023 [email protected]
Vəzifə Öhdəlikləri:
- Yanacaqdoldurma avadanlıqlarının, mexanizmlərin texniki vəziyyətinin daim yoxlanmasında və aşkar olunan nasazlıqların operativ surətdə aradan qaldırılmasında iştirak edir;
- Mexaniki qurğu və avadanlıqların normal və təhlükəsiz işləməsini təmin edir;
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
- Təmirin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə, qurğuların texniki vəziyyətinə nəzarət edir;
- Avadanlıqların və qurğuların təmirində, qulluq edilməsində istifadə olunan ehtiyat hissələrinin və materialın təyinatı üzrə sərf olunmasına, onların saxlanılmasına nəzarət edir;
- Təmir və montaj işlərinin görülməsi üçün istifadə edilən alət və vasitələrin saz vəziyyətdə saxlanılmasını təmin edir;
- Avadanlıqların texniki xarakteristikasına, konstruktiv xüsusiyyətlərinə, iş rejiminə, onların istismar qaydalarına uyğun istifadəsini təşkil və təmin edir;
- Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirir.
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edir;
Tələblər:
- Orta texniki və orta təhsilli və ya Ali təhsil;
- Avadanlıqlara texniki xidmət, texniki baxış, servis xidməti üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
- Texniki xidmət ilə bağlı daxili nizam-intizam qaydalarını bilməli;
- Bu sahəyə aid olan təhlükəsizlik qaydalarını və mexaniki qurğularının quruluşunu, onların xüsusiyyətlərini bilməlkik və onlardan istifadə qaydalarını bacarmalı;
- Azərbaycan dilində sərbəst şəkildə danışıq və yazı qabiliyyəti olmalı;
- Yeni texnologiyaları öyrənmə həvəsi və yüksək mənimsəmə qabiliyyəti olmalı;
- Verilən tapşırığı sərbəst araşdırma qabiliyyəti olmalı;
- İşində dəqiq, məsuliyyətli və komandada işləmək bacarığı olmalı;
- Operativ və nizam-intizamlı olmalı;
- İngilis dili və rus dili (bilənlərə üstünlük verilir)
Maraqlanan namizədlərdən öz CV-lərini mövzuda “Texnik” qeyd edərək [email protected] , [email protected] elektron poçt ünvanlarına göndərmələri xahiş olunur.
Receptionist (Male)
Son tarix 24 iyl 2023 [email protected]
Responsibilities:
- A corporate receptionist serves as the greeter, information provider, and message taker for incoming calls.
- Provide basic and accurate information in-person and via phone/email
- Receive, sort and distribute daily mail/deliveries
- Maintain office security by following safety procedures and controlling access via the reception desk (monitor logbook, issue visitor badges)
- Order front office supplies and keep inventory of stock
- Update calendars and schedule meetings
- Arrange travel and accommodations, and prepare vouchers
- Keep updated records of office expenses and costs
- Perform other clerical receptionist duties such as filing, photocopying, transcribing and faxing
- To show support to Logistics Department in order to purchase the necessary equipment as well as equipment maintenance and forward to repair for;
- To protect the confidentiality of files and registration documents;
Requirements:
- Proven work experience as a Receptionist, Front Office Representative or similar roles
- Fluency in English and Russian languages;
- Proficiency in Microsoft Office Suite
- Hands-on experience with office equipment (e.g., fax machines and printers)
- Excellent organizational skills
- Multitasking and time-management skills, with the ability to prioritize tasks
Please, send your CV/Resume to [email protected] or [email protected] with "Receptionist" subject.