Company
HR üzrə mütəxəssis
Son tarix 19 noy 2026 - Müraciət et
Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əməkhaqqını, avanslarını, mükafatlarını və digər ödənişlərini hesablamaq;
- Əməkhaqqı üzrə vergiləri, sosial sığorta və digər məcburi tutulmaları hesablamaq;
- Məzuniyyət, xəstəlik, son haqq-hesab və kompensasiya hesablamalarını aparmaq;
- Davamiyyət və iş vaxtı tabellərini yoxlamaq, artıq iş və növbəli iş üzrə hesablamaları aparmaq;
- Əməkhaqqı cədvəllərini və bank ödəniş siyahılarını hazırlamaq, mühasibatlıqla uzlaşdırmaq;
- İşə qəbul, vəzifə dəyişikliyi, məzuniyyət və işdən azad olunma üzrə sənədləri hazırlamaq;
- Əmək müqavilələri və dəyişikliklərlə bağlı ƏMAS üzərindən əməliyyatları icra etmək;
- İşçilərin şəxsi işlərini, məzuniyyət qalıqlarını və kadr uçotunu aparmaq;
- Əməkhaqqı və işçi sayı üzrə rəhbərliyə hesabatlar təqdim etmək;
- İşçilərin əməkhaqqı və kadr məsələləri üzrə müraciətlərini cavablandırmaq;
- Əməkhaqqı və şəxsi məlumatların məxfiliyini qorumaq.
Namizədə tələblər:
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat, insan resursları və ya əlaqəli sahə üzrə ali təhsil;
- Payroll və kadr uçotu üzrə minimum 3 il iş təcrübəsi;
- Əməkhaqqı hesablanmasını və kadr sənədləşməsini müstəqil aparmaq bacarığı;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi və əməkhaqqına aid vergi, sığorta qaydaları üzrə biliklər;
- ƏMAS və elektron hesabat sistemləri ilə işləmək bacarığı;
- Excel üzrə yaxşı biliklər;
- Mikro və ya digər əməkhaqqı/kadr proqramı ilə iş təcrübəsi;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
- Dəqiqlik, məsuliyyət, nəticə yönümlülük.
Üstünlük veriləcək:
- İstehsalat müəssisəsində və çoxsaylı işçi heyəti ilə iş təcrübəsi;
- Növbəli iş rejimi və saatlıq əməkhaqqı hesablamaları üzrə təcrübə;
- Əməkhaqqı fondu üzrə büdcə və xərc təhlili aparmaq bacarığı.
Əmək şəraiti:
- Rəsmi əmək müqaviləsi;
- Əmək haqqı: bilik və təcrübəyə uyğun 1 500–2 000 (net) AZN əməkhaqqı;
- Bazar ertəsi–cümə, saat 09:00–18:00. Şənbə və bazar istirahət günləridir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.














