Dövlət Statistika Komitəsinin rəqəmələrinə əsasən, Azərbaycana bu il turist axını, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% azalıb.
Azərbaycana turist axını 11% azalıb
Bəs buna səbəb nədir?
FED.az xəbər verir ki,ekspertlər hesab edirlər ki, təyyarə biletləri baha olduğundan xaricdən ölkəmizə gələn turistlərin sayı azalıb. Həmçinin, Turizm məhsulları, xidmətlər, ərzaq məhsulları ötən illərlə müqayisədə kəskin şəkildə artdığı üçün hər bir turistin xərclədiyi məbləğ də artır. Ona görə turistlər başqa ölkələri seçməyi üstün tuturlar. Turizm eksperti Rəhman Quliyev bildirir ki, buna ən əsas amil isə dünyada baş verən geosiyasi dəyişikliklər, hərbi münaqişələrdir
Turizm eksperti bildirdi ki, ölkəyə turist axının sayını azaldsan bir digər səbəb də tur paketlərinin qiymətləridir.
O da bildirildi ki, ki, digər amil də daxili faktorlardı. Otel qiymətlərinin baha olması, tursitlərə digər ölkələri seçməyə səbəb yaradır. əsasən hotellər, məişət-iaşə obyektləri 4-5 ulduza uyğun tikilir. Aşağı seqmentasiyada olan obyektlərin sayı azlıq təşkil edir. Bunlar da ümumilikdə qiymətlərə təsir göstərən amillərdəndir.















