90-150 manat aralığında dəyişən qiymətlər indi yaxın tarixlərə 246 manatadək artıb.
Gürcüstana hansı yolla getmək sərfəlidir – ADY-nin QATARI, YOXSA AZAL-ın TƏYYARƏSİ? - MÜQAYİSƏ - QİYMƏTLƏR
FED.az xəbər verir ki, söhbət Bakı-Tbilisi aviabiletlərindən gedir.
Qiymətlər niyə bu qədər artıb?
Turizm eksperti Rəhman Quliyev bildirir ki, buna səbəb artan tələbatdır.
O, deyir ki, ümumən bahalaşma 15-18 faiz civarındadır. Ancaq yaxın günlərə olan uçuş tarixində, yaxud tətil ərəfələrində qiymət dəfələrlə artır.
"Azərbaycan Hava Yolları" QSC-dən bildirildi ki, AZAL tam xidmətli bir aviaşirkət olaraq beynəlxalq aviasiya standartlarına uyğun şəkildə faəliyyət göstərir və qiymət siyasəti aparıcı dünya aviaşirkətlərinin tətbiq etdiyi prinsiplərə uyğun şəkildə formalaşdırılır. Aviabiletlərin qiymətləri bir sıra amillər əsasında təyin olunur. Bunlara reys üzrə sərnişin sayı, uçuş tarixinə qalan müddət, bazardakı tələb və təklif dinamikası, həmçinin əməliyyat xərcləri daxildir. Bütün bu göstəricilər beynəlxalq aviasiya praktikasına uyğun olaraq təhlil edilir və qiymətlər həmin parametrlərə uyğun şəkildə müəyyən edilir.















