Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türkiyənin turizm sahəsində əldə etdiyi nailiyyətləri açıqlayıb.
Bu il Türkiyədən Azərbaycana gələnlərin sayı - 20 FAİZ ARTIB
FED.az xəbər verir ki, Nazir Ersoy 2023-cü ilin yanvar-oktyabr dövründə Türkiyəyə gələn xarici turistlərin sayının 50,2 milyona çatdığını, turizm gəlirlərinin isə 42 milyard dollara yüksəldiyini qeyd edərək, bu rəqəmlərin Türkiyənin turizmdə dünyanın "super liqasında" olduğunu göstərdiyini bildirib.
Ersoyun verdiyi məlumata görə, ziyarətçilərin 44 milyon 200 min 79-u əcnəbilər, 6 milyon 17 min 102 nəfərini isə xaricdə yaşayan Türkiyə vətəndaşları təşkil edib.
Tətilləri üçün Türkiyəyə üstünlük verən əcnəbilərin sayı 10 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 11,58% artıb.
Yanvar-oktyabr dövründə Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr arasında 26,02% artım və 5 milyon 838 min 203 nəfərlə Rusiya birinci olub. Almaniya 8,38% artımla və 5 milyon 715 min 838 nəfərlə ikinci, İngiltərə 12,28% artım və 3 milyon 598 min 870 nəfər üçüncü olub. Növbəti yerlərdə Bolqarıstan və İran gəlir. (Marja)