Bu ilin ilk 10 ayında Azərbaycan Rusiyadan 521 min dollar dəyərində 78 ton iribuynuzlu mal əti idxal edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Rusiyadan mal əti idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 393 min dollar və ya 43%, miqdar ifadəsilə isə 73 ton, başqa sözlə 48,2% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Rusiyadan 913 min dollar dəyərində 151 ton mal əti gətirilmişdi.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Rusiyadan idxal edilən mal ətinin 1 kiloqramının orta idxal qiyməti 11,35 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 10,31 manat idi. Bu da illik müqayisədə 1,04 manat və ya 10,1% bahalaşma deməkdir.










