Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramının “Mühasibat uçotu” üzrə ixtisaslaşması 5 il müddətinə yenidən Beynəlxalq Mühasiblər Assosiasiyasının (IFAC) üzvü olan ACCA təşkilatında akkreditasiya edilib.
UNEC Dünya Biznes Mələkləri İnvestisiya Forumunun akademik partnyoru oldu - FOTOLAR
Universitetdən FED.az-a verilən xəbərə görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan keyfiyyət göstəricilərinin Avropa təhsil sistemlərinin standartlarına uyğunlaşdırılmasını təmin edən ACCA akkreditasiyasının əldə edilməsi nəticəsində MBA proqramının “Mühasibat uçotu” ixtisaslaşması üzrə təhsil alan magistrləri ACCA kvalifikasiyası üzrə bütün fundamental fənlərdən (F1-F9) azad olunurlar.
ACCA akkreditasiyasının fundamental hissəsinin fənlərindən (F1-Biznesdə mühasib, F2-İdarəetmə uçotu; F3-Maliyyə uçotu, F4-Biznes hüququ, F5-Performansın idarəedilməsi, F6-Vergitutma, F7-Maliyyə hesabatı F8-Audit, F9-Maliyyə menecmenti) azad olmaq və bu kvalifikasiyanı əldə etmək üçün əmək bazarında fəaliyyət göstərən beynəlxalq institutlarda və peşəkar təlim mərkəzlərində ən azı 2 il vaxt və kifayət qədər investisiya tələb olunur.
UNEC Biznes Məktəbi ACCA akkreditasiyasını əldə etməklə, öz magistrantlarına ACCA sertifikatını qazanmaq üçün sərf olunan əlavə vaxt itkisindən və xərclərdən azad olunmaq imkanı yaradır. Qeyd edək ki, yerli və transmilli şirkətlər, maliyyə institutları, müstəqil audit firmaları və konsaltinq xidməti göstərən şirkətlər həmin magistrlərə işə qəbul prosesində qeyd-şərtsiz üstünlük verirlər.
ACCA haqqında: İngiltərədə yaradılan ACCA kvalifikasiyası maliyyə, uçot və audit sahələri üzrə beynəlxalq əmək bazarının tələblərini özündə əks etdirən peşəkar bilikləri, bacarıq və yenilikləri, o cümlədən iş etikasına və idarəetməyə xüsusi önəm verən beynəlxalq səviyyəli statusa malikdir.