FED.az xəbər verir ki, 29 oktyabr Bakıda "MƏĞLUBİYYƏTSİZ DANIŞIQLAR: uğurlu danışıqların və effektiv satışların məxfi texnologiyaları" mövzusunda master-klass keçiriləcək. Master-klassın müəllifi və spikeri beynəlxalq ekspert Aleksandr Kondratoviç danışıqlar sahəsində 25 ildən çox təcrübəyə malikdir.
"Bu həyatda layiq olduğunuzu deyil, razılaşdıra bildiyinizi əldə edirsiniz", spiker Aleksandr Kondratoviç deyir. Biz danışıqlarda daima iştirak edirik – satış etdikdə, alış etdikdə, müqavilə bağladıqda, işə qəbul edildikdə, tərəfdaşlar, həmkarlar, dostlar, tanışlar ilə və hətta ailədə ünsiyyətdə olduqda.
Master-klass satış, satınalma, biznesin inkişafı, ictimaiyyətlə əlaqələr, müştərilər və personal ilə iş üzrə menecerlər və mütəxəssislər, sahibkarlar, rəhbərlər, eləcə də tez, səmərəli və maksimal nəticə ilə danışıqlar aparmağı öyrənmək istəyənlər üçün nəzərdə tutulur.
Master-klassda öyrənəcəyiniz 10 mühum məqam:
"MƏĞLUBİYYƏTSİZ DANIŞIQLAR: uğurlu danışıqların və effektiv satışların məxfi texnologiyaları" mövzusunda master-klass biznesin inkişafı üçün faydalı biliklərin və yeni işgüzar tanışlıqların birləşməsi olacaq. Master-klass 2007-ci ildən etibarən biznes təlimləri və konsaltinq istiqamətində fəaliyyət göstərən "Express Group" şirkətinin təşkilati dəstəyi ilə keçirilir.
Master-klass Rus dilində və Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək.
Əlavə məlumat və qeydiyyat üçün: www.master-class.az/negotiations/az , 055 946 02 70