Təlimlər

“Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması” mövzusunda - TƏLİM KEÇİRİLƏCƏK

“Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması” mövzusunda - TƏLİM KEÇİRİLƏCƏK | FED.az
11:40 13 Fev 2020

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə 25 fevral 2020 –ci il tarixində “Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması” mövzusunda təlim keçiriləcək. Təlim “Onevision Business Solutions” şirkətinin həmtəsisçisi və direktoru vəzifəsində çalışan Cavid Abasov tərəfindən aparılacaq.

Eləcə də bax: Sahibkarlar Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştiraka - DƏVƏT OLUNUR

FED.az-ın məlumatına görə, tədbirdə milli istehsal sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ixrac strategiyası üçün biznes planın hazırlanması barədə məlumat veriləcək.  Ödənişsiz təlimdə həmçinin aşağıdakı mövzular haqqında danışılacaq:

  • Rəqabətqabiliyyətli məhsulun formalaşdırılması
  • Texnoloji inkişafa keçid
  • Qlobal və hədəf bazar strategiyası
  • Markalanma siyasəti
  • Effektiv ixracat planı

Tədbirdə iştirak etmək və daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkdən istifadə etmək mümkündür: http://iqtisadiislahat.org/registration/

 Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16

Telefon: (051) 802-11-09, (050) 254-29-27, (012) 521-28-48

 Zanura Talibova 

Kommunikasiya Departamentinin rəhbəri
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

(AZ 1073, Yasamal rayonu, Landau küçəsi,16)
---------------------------------------------------------------------------
Tel: (+994 12) 521 34 96, Mob: (+994 50) 295 86 88

[email protected] , www.iqtisadiislahat.org

Digər xəbərlər

Banner