Fevralın 18-də dövlət qulluğuna qəbul imtahanında iştirak etmiş 1537 namizəddən 174-ü ali təhsil müəssisələrinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əmri ilə qəbul olmayıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak üçün qeydiyyatdan keçmiş 1537 namizəddən 1363 nəfəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 453 nəfəri imtahandan uğurla keçib.
Eləcə də bax: Birinci sinfə qəbulla bağlı SMS məlumat sistemi işə salındı
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş, lakin ali təhsil müəssisələrinə TQDK-nın əmri ilə qəbul olmayan 174 nəfərin yalnız 13-ü (7.4%) imtahanda uğur qazanıb.
Müvəffəqiyyət əldə edənlərdən 1 nəfər xarici təhsil müəssisələrini, 12 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.
Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları və ona uyğun olaraq dövlət qulluğuna qəbul imtahanından keçənlərin sayı, faiz göstəriciləri verilmişdir. Cədvəldən görünür ki, imtahandan uğurla keçənlərin faizi bal intervallarına mütənasib olaraq artır.
Bal intervalı |
Qeydiyyatdan |
Test imtahanından |
Faizlə (%) |
0-100 |
10 |
0 |
0.0 |
101-200 |
63 |
6 |
9.5 |
201-300 |
265 |
49 |
18.5 |
301-400 |
407 |
121 |
29.7 |
401-500 |
325 |
128 |
39.4 |
501-600 |
228 |
111 |
48.7 |
601-700 |
65 |
38 |
58.5 |
Yekun: |
1363 |
453 |
33.2 |