Bu ilin ilk 8 ayında Azərbaycana 36,5 milyon dollar həcmində 38 min 808 ton düyü idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, düyü idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 13,5 milyon dollar və ya 27%, miqdar ifadəsilə isə 9 min 323 ton, başqa sözlə 19,4% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 50 milyon dollar dəyərində 48 min 131 ton düyü idxal olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi düyünün 1 kiloqramının orta idxal qiyməti 1 manat 60 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 77 qəpik idi. Bu da illik müqayisə ilə 17 qəpik və ya 9,6% ucuzlaşma deməkdir.
Bu il 8 ayında ümumi idxalın 0,24%-ü düyünün payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,39% olub.