2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 38 milyon 261 min ABŞ dolları dəyərində 19 min 749 ton şaftalı ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10 milyon 121 min dollar və ya 39%, miqdar baxımından isə 6 303 ton və ya 26% çoxdur.
2023-cü ilin yanvar-iyul aylarında 27 milyon 593 min dollar dəyərində 24 min 526 ton şaftalı ixrac olunub.
1 kq şaftalının orta ixrac qiyməti bu ilin ilk 7 ayına görə 2,11 manat olub ki, bu da illik müqayisədə 0,20 manat və ya 10% çoxdur. Ötən ilin yanvar-iyul aylarında bu göstərici 1,91 manat idi.