Bu gün ölkənin ən böyük supermarketlər şəbəkəsindən olan «BRAVO» fəaliyyətə başlamasının 10 illiyini qeyd edib. yubileyini qeyd edir.
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "JW Marriott Absheron" otelində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin sükutla yad edilməsi ilə başlayıb.
Çıxış üçün söz «Bravo» supermarketlər şəbəkəsinin Baş İcraçı Direktoru Jaime Teixeiraya verilib. Təqdimatla çıxış edən J.Teixeira marketin ilk dəfə fəaliyyətə başlamasından, Bravonun fəaliyyət coğrafiyasının genişlənməsindən və inkişaf planlarından danışıb:
"Şirkət hazırda ölkə üzrə təxminən 150 mağaza ilə fəaliyyət göstərir. Bravo mağazaları əsasən Bakı, Abşeron, Sumqayıt, eləcə də Gəncə, Lənkəran, Şuşa, İsmayıllı, Göyçay, Şəmkir və Tovuz kimi regionlarda yerləşir. Bütün filiallar vahid korporativ standartlara uyğun idarə olunur. Bu standartlara gigiyena, təhlükəsizlik nəzarəti və müştəri xidməti daxildir.
Bravo marketlər şəbəkəsi müxtəlif alış-veriş ehtiyaclarını qarşılamaq üçün bir neçə formatda fəaliyyət göstərir. Hazırda "Bravo Hiper", "Bravo Super", "Bravo Market" və "Bravo Express" formatları ilə müştərilərə xidmət göstərir. Ümumiyyətlə, marketlər şəbəkəsində 4 min 300 əməkdaş çalışır ki, onların da 3 min 400 nəfəri birbaşa olaraq mağazalarda fəaliyyət göstərir.
Şirkət inkişaf yolunu iki əsas mərhələyə bölüb. Birinci mərhələ 2016–2022-ci illəri əhatə edən güclü genişlənmə dövrü, ikinci mərhələ isə 2023–2026-cı illəri əhatə edən təşkilati və əməliyyat standartlarının gücləndirilməsi dövrü kimi təqdim olunub.
Gələcək planlara gəlincə, Bravo marketlər şəbəkəsi 2030-cu il strategiyası çərçivəsində innovasiyalar və yeni inkişaf istiqamətlərinə fokuslanacaq".
Daha sonra Bravo supermarketlər şəbəkəsinin maliyyə müdiri Vüqar Hacıyev də Bravonun 10 illik fəaliyyət dövründən danışıb:
"Bu gün Bravo marketlər şəbəkəsi üçün xüsusi bir gündür, 10 illik yubileyi qeyd edir. Biz bu 10 il ərzində çox uğurlu və dayanıqlı inkişaf dövrü keçdik. Maliyyə sabitliyimizə şəffaf və ədalətli idarəçiliyimizlə nail olduq. Bu nailiyyətlərdə tərəfdaşlarımız, müştərilərimiz həmişə yanımızda olub. Bravo marketlər şəbəkəsi son illərdə gəlirlərini daim artırıb. Müəyyən bir inkişaf dövrümüz artıq başlayıb. Xüsusilə də son 3 ildə Bravo marketlər şəbəkəsi yüksəlişə doğru gedir. Bu 10 il ərzində şirkətin ən böyük uğuru maliyyə sabitliyi və idarəçiliyin formalaşmasıdır".
Həmçinin tədbirdə Bravo supermarketlər şəbəkəsinin marketinq rəhbəri Aynurə Seyidova Bravonun son 10 il ərzində Azərbaycanda modern marketçilik məktəbinin təməlini qoymaqdan məmnunluğunu bildirib:
"Bravo marketlər şəbəkəsi olaraq müştəri məmnuniyyətini əsas fəaliyyətimizin mərkəzinə qoyub, müştərilərə mütəmadi olaraq yeniliklər, keyfiyyətli məhsullar və uyğun qiymətlər təklif edirik. Bravo marketlər şəbəkəsi olaraq müştərilərə daima yeniliklər vəd edirik".
FED.AZ redaksiyası olaraq, dəyərli və peşəkar BRAVO komandasının hər bir üzvünü təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!






![Ölkənin ən iri supermarketlər şəbəkəsi olan - [red]"BRAVO" 10 İLLİYİNİ QEYD EDİB - FOTOLAR [/red] | FED.az](upload/news/small/1281732.jpeg)
![Ölkənin ən iri supermarketlər şəbəkəsi olan - [red]"BRAVO" 10 İLLİYİNİ QEYD EDİB - FOTOLAR [/red] | FED.az](upload/news/small/1399891.jpeg)
![Ölkənin ən iri supermarketlər şəbəkəsi olan - [red]"BRAVO" 10 İLLİYİNİ QEYD EDİB - FOTOLAR [/red] | FED.az](upload/news/small/2905066.jpeg)
![Ölkənin ən iri supermarketlər şəbəkəsi olan - [red]"BRAVO" 10 İLLİYİNİ QEYD EDİB - FOTOLAR [/red] | FED.az](upload/news/small/1356733.jpeg)
![Ölkənin ən iri supermarketlər şəbəkəsi olan - [red]"BRAVO" 10 İLLİYİNİ QEYD EDİB - FOTOLAR [/red] | FED.az](upload/news/small/1218790.jpeg)








