“Bravo” supermarketlər şəbəkəsi təchizat zənciri və logistika sahəsində həyata keçirdiyi optimallaşdırma tədbirləri nəticəsində məhsul mövcudluğunu daha genişləndirib. Şirkət əsas diqqəti sifarişlərin düzgün idarə olunmasına və xidmət səviyyəsinin yüksəldilməsinə yönəldib. Görülən tədbirlər nəticəsində mağazalarda məhsul əlçatanlığı daha yaxşılaşıb.
FED.AZ xəbər verir ki, bu sözləri Bravo supermarketlər şəbəkəsinin Baş İcraçı Direktoru Jaime Teixeira "Bravo"nun 10 illik yubileyi münasibətilə keçirilən tədbirdə deyib.
Geniş təqdimatla çıxıs edən J.Teixeira bildirib ki, şirkət son illər ərzində stok idarəçiliyi sahəsində əhəmiyyətli irəliləyiş əldə edib, həm ehtiyatların saxlanma müddətində, həm də itki və geri qaytarmalarda nəzərəçarpacaq azalma müşahidə olunub.
Belə ki, 2020–2026-cı illəri əhatə edən dövrdə stokların saxlanma müddəti (day stock) ümumilikdə 18% azalıb. Bu azalma həm paylama mərkəzləri (DC), həm də mağazalar üzrə qeydə alınıb. Göstəricilər şirkətin məhsul dövriyyəsini sürətləndirdiyini və anbarlarda artıq ehtiyatların saxlanmasının qarşısını aldığını göstərir.
Baş İcraçı Direktor qeyd edib ki,digər mühüm göstərici isə stok idarəçiliyi üzrə itkilər və geri qaytarmalarla bağlıdır. 2020–2025-ci illər ərzində bu sahədə ümumi azalma 33% təşkil edib. Bu isə məhsul itkisi və qaytarılan malların həcminin əhəmiyyətli dərəcədə azaldığını göstərir. 2023-cü ildə müəyyən artım müşahidə olunsa da, sonrakı dövrdə tətbiq edilən optimallaşdırma tədbirləri nəticəsində göstəricilər yenidən aşağı düşüb:
"Stok səviyyəsinin azaldılması və idarəetmənin təkmilləşdirilməsi şirkətin maliyyə göstəricilərinə də müsbət təsir edib. Belə ki, ehtiyatların daha səmərəli idarə olunması xərclərin azalmasına və dövriyyə vəsaitlərinin daha effektiv istifadəsinə şərait yaradıb. Ümumilikdə qeyd edə bilərəm ki, təqdim olunan nəticələr şirkətin əməliyyat səmərəliliyini artırmaq istiqamətində atdığı addımların uğurlu olduğunu göstərir".
Qeyd edək ki, bu cür yanaşma həm xərclərin azaldılmasına, həm də müştərilərə daha operativ xidmət göstərilməsinə imkan yaradır.






![[red]Jaime Teixeira:[/red] “Bravo” təchizat zənciri və logistika sahəsində göstəricilərini yaxşılaşdırıb | FED.az](upload/news/small/3350879.jpg)
![[red]Jaime Teixeira:[/red] “Bravo” təchizat zənciri və logistika sahəsində göstəricilərini yaxşılaşdırıb | FED.az](upload/news/small/3606289.jpeg)








