Dekabr ayında dünya ərzaq qiymətləri azalıb və ilin sonunda əvvəlki ilə nisbətən aşağı olub.
AMB: Noyabrda ərzaq məhsulları üzrə illik 4,4%-lik inflyasiya qeydə alınıb
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO-nun məlumatına görə, ərzaq qiymətləri indeksi dekabrda 127 bənd təşkil edib. Bu, noyabr ayına nisbətən 0.5% az, ötən ilin eyni dövrünə görə isə 6.7% yüksəkdir. 2024-cü il üçün indeks 122 bənd olub, bu isə 2023-cü ildən 2.1% aşağıdır.
Taxıl indeksi dekabrda dəyişməsə də, ötən illə müqayisədə 9.3% azalıb. İl ərzində isə bu indeks 113.5 bənd təşkil edib, 13.3% azalma qeydə alınıb.
Bitki yağları indeksi dekabrda 0.5% azalsa da, ötən ilin eyni dövrünə görə təxminən üçdə bir qədər yüksək olub. İl ərzində 9.4% artım müşahidə edilib.
Ət indeksi dekabrda 0.4% artıb və ötən ilin eyni dövrünə görə 7.1% yüksək olub. Süd indeksi 0.7% azalsa da, keçən ilin eyni dövrünə nisbətən 17% artıb. Şəkər indeksi isə dekabrda 5.1% azalıb və ötən illə müqayisədə 10.6% aşağı olub.