2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində 3 milyard 500,5 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar dizel satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-iyun aylarına nisbətən 5,4% çoxdur.
Bu ilin ilk 6 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 12,9 % faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Təkcə iyun ayında geyimə xərclənən vəsaitin məbləği isə 679 milyon manat təşkil edib.