2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 557,8 milyon manatlıq benzin və dizel satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-iyun aylarına nisbətən 5,9% çoxdur.
Bu ilin ilk 6 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,7% faizi benzin və dizelin alınmasına sərf olunub.
Təkcə iyun ayında benzin və dizelə xərclənən vəsaitin məbləği isə 306,1 milyon manat təşkil edib.