2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 265,8 min dekalitr (dkl) viski və konyak istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına isitinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 181,8 min dkl və ya 3,2 dəfə artıb.
Ötən ilin yanvar-noyabr aylarında 84 min dkl viski və konyak istehsal edilmişdi.
Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı isə 67,6 min dkl təşkil edib.
Hazır məhsul ehtiyatı 44 min dkl, yəni 2,9 dəfə artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 23,6 min dkl olub.