2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 41 milyon 396 min dekalitr (dkl) alkoqolsuz içkilər istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına isitinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 7 milyon 597,6 min dkl və ya 22,5% artıb.
Ötən ilin yanvar-noyabr aylarında 33 milyon 799 min dkl alkoqolsuz içki istehsal edilmişdi.
Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı isə 445,7 min dkl təşkil edib.
Hazır məhsul ehtiyatı 86,9 min dkl, yəni 24,2% artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 358,8 min dkl olub.