2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 23 236,7 ton dəyərində kolbasa məmulatları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kolbasa məmumlatlarının istehsalı 2 531,4 ton və ya 12,2% artıb.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 20 705,3 ton təşkil edib.
01.11.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 46,7 ton olub.
Bu da son bir illə müqayisədə 14,6 ton və ya 45,5% çoxdur.
01.11.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 32,1 ton olub.