2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 1 173 ton çınqıl, qırmadaş, xırda çay daşı və çaxmaq daşı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehsal 513 ton və ya 77,7% artıb.
2023-cü ilin yanvar-aprel aylarında bu göstərici 660,4 ton təşkil edib.
01.05.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 81,1 ton təşkile dib ki, bu da illik müqayisədə 17,5 ton və ya 27,5% çoxdur.