2024-cü ilin mart ayında 11,7 milyon dollar dəyərində qızıl ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon dollar 10,4% artıb.
Qeyd edək ki, 2023-cü ilin eyni dövründə 10,6 milyon dollar dəyərində qızıl ixrac edilib.
Bu ilin ilk üç ayı ərzində ümumilikdə 18,5 milyon dollarlıq qızıl satılıb ki, bu da illik müqayisədə 7,2 milyon dollar və ya 28% azdır. 2023-cü ilin 3 ayı ərzində 25,7 milyon dollarlıq qızıl satılıb.