Bu ilin iyunun 23-də Bakının məşhur "X Lady" mağazasında baş verən yanğınla bağlı sığorta şirkətinin ödəmək istədiyi kompensasiya ilə sahibkar Feyruz Həsənov razılaşmayıb.
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, general-mayor İsrayıl Əliyevə müraciət edib. O müraciətində qeyd edib ki, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin inspektorlarının təklifinə görə X-LADY, X-MAN, İZABEL və digər mağazalar şəbəkəsi 795 000 min manat məbləğində “AZSIĞORTA” ASC-də sığorta olunub. FHN-nin qərarına və məhkəmə ekspertiza rəyinə əsasən yanğın zamanə ticarət obyektinə daşınmaz əmlak üzrə 975 122 manat məbləğində zərər dəyib.
“AZSIĞORTA” ASC isə qeyd olunan məbləğ üzrə cəmi 62 545 manat məbləğ ödəməyə hazır olduğunu bildirib.
FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin inspektorları tərəfindən təklif edilən “AZSIĞORTA” ASC-nin qanunsuz hərəkətlərinin qarşısının alınmasına köməklik göstərilməsini xahiş edirəm".