FED.az xəbər verir ki, "Ultra Technologies Company" Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "BSC Group" işçi axtarır - VAKANSİYA
İş barədə məlumat:
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
- Vergi orqanları ilə yazışmalar
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi hesabatlarının (Əmlak, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- Bank ödəniş tapşırıqlarının hazırlanması
- İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü)
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə
- Əmək haqqı 600 azn
Namizədə tələblər
Təhsil: Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat)
Tələblər: Bu sahədə ən azı 2 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan və Rus dili
- 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (satış)
- www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
- Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
Yuxarıda qeyd olunan tələblərə uyğun olan namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.