Ölkəmizdə əlillik sahəsində qabaqcıl dünya təcrübəsinə uyğun fundamental islahat olan yeni “Əlilliyin müəyyən olunması meyarları” iyulun 1-dən qüvvəyə minəcək.
Eləcə də bax: Gələn aydan Azərbaycanda əlillik - YENİ QAYDA İLƏ VERİLƏCƏK
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən xəbərə görə, həmin vaxtdan əlilliyinin qiymətləndirilməsi insanın həyat fəaliyyətinin 7 əsas kateqoriya (özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyəti) üzrə məhdudlaşma faizlərinin müəyyən olunması əsasında həyata keçiriləcək.
15 yaşına çatmamış uşaqlar əmək fəaliyyətinə cəlb edilmədiyi üçün onlarda əmək fəaliyyəti bacarığı qiymətləndirilməyəcək. (Apa)