Ötən gün Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəylinin Azərbaycanda 18 min manat məbləğində pensiya verilməsi ilə bağlı açıqladığı statistika sosial şəbəkələrdə maraqla qarşılanıb.
Eləcə də bax: Azərbaycanda ayda 18 208 manat - PENSİYA ALAN VAR
FED.az xəbər verir ki, ictimaiyyət arasında həmin şəxsin kimliyi barədə sual yaranıb. Belə ki, onun hansı sektordan ( dövlət və ya özəl) pensiyaya çıxması müzakirələrə səbəb olub.
“Qafqazinfo” həmin şəxslə bağlı bəzi məlumatları əldə edib. Bildirək ki, 18 min manat məbləğində pensiya alan şəxs özəl sektorda çalışıb. O, yüksək maaş aldığına görə böyük məbləğdə pensiya kapitalı toplaya bilib.
Qafqazinfo