“Standard Insurance” sığorta şirkətinin yığımlarında ciddi azalma qeydə alınıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı rəqəmlər əsasında tərtib etdiyi hesabata görə, şirkətin bu ilin yanvar-aprel aylarında topladığı sığorta haqlarının həcmi 2,393 mln. manat olub. 2017-ci ilin yanvar-aprel aylarında isə bu məbləğ 5,525 mln. manat təşkil edib.
Rəqəmlərdən aydın olur ki, son bir illə müqayisədə şirkətin yığımlarında ciddi azalma olub.
Qeyd edək ki, ötən ilin analoji dövrünün rəqəmləri ilə müqayisədə şirkətin yığmlarının həcmində 3,132 mln. manat və ya 2,3 dəfə azalma olub.
“Standard Insurance”ın yığımları azaldı - RƏQƏMLƏR
12:21
21 May 2018