Azərbaycan Mərkəzi Bankı “Naxçıvansığorta” ASC-yə sığorta fəaliyyətini həyata keçirməyə icazə verən SF-0004 nömrəli müddətsiz lisenziya verib.
Eləcə də bax: “Naxçıvan Sığorta”nın rəhbərliyində - TƏYİNATLAR
FED.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar mayın 13-də, "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub.
Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun nizamnamə kapitalı 6,416 milyon manatdır. Şirkətin səhmdarı 100% "Naxçıvan Bank" ASC-dir. (Report)