İcbari Sığorta Bürosu (İSB) "Naxçıvan Sığorta" ASC-yə "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ verib.
FED.az xəbər verir ki, bu barədə İSB-dən bildirilib.
Məlumata görə, bununla da "Yaşıl Kart"a qoşulmuş sığorta şirkətlərinin sayı 13-ə çatıb. Digər 11 sığortaçı Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta"), eləcə də "Atasığorta", "Atəşgah Sığorta","İpək Yolu Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Azsığorta", "Bakı Sığorta", "Günay Sığorta", "Meqa Sığorta", "Qala Sığorta", "PAŞA Sığorta" və "Xalq Sığorta" ASC-lərdir.