"PAŞA Həyat" Sığorta
Vakansiya haqqında məlumat:
Struktur bölmə : Sığorta riski və ehtiyatların hesablanması şöbəsi
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 10 fevral 2019-cu il
Əsas vəzifə öhdəlikləri:
1. Sığorta öhdəliklərinin ( ehtiyatların ) hesablanmasında iştirak etmək;
2. Sığorta öhdəliklərinin ( ehtiyatların ) strukturunun ( müddət, valyuta və s.) və gələcək pul axınlarının mütəmadi təhlilini aparmaq;
3. Əsas sığorta risklərini müəyyən etmək, ölçmək və risk səviyyələrinə təsir edən tədbirlər planının hazırlanmasında iştirak etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi : Tələb olunmur;
Təhsili/ixtisası :
İqtisadiyyat, Statistika, Riyaziyyat, Komputer Elmləri və ya Kibernetika sahəsində bakalavr dərəcəsi tələb olunur, magistr dərəcəsi arzu olunandır;
Dil bilikləri : Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir, ingilis dili və rus dili biliyi üstünlükdür;
Kompüter bilikləri : MS Excel proqramından yüksək səviyyədə, digər MS Office proqramlarından orta səviyyəli istifadə bacarıqları tələb olunur;
Üstünlüklər: Aktuar lisenziyasının olması, beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi üstünlükdür;
Fərdi keyfiyyət tələbləri :
Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, problem həlletmə, geniş perspektiv.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36
Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “Sığorta riski və ehtiyatların hesablanması şöbəsinin kiçik mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.